Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdləri Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbində konsert proqramı ilə çıxış etmişlər

Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdləri Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbində maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Konsertdə məktəbin şagirdlərinin – Baqir Babayev – tar (müəllim Mübariz Paşayev), Aysu Yəhyayeva – violin (müəllim Esmira Mədətova), İlkin Cabbarlı – nağara (müəllim Sarvan Şirinov), Nihad Tağıyev – saz (müəllim Nəsib Həsənov), Sabir Ağayev – xanəndə (müəllim Qasım Əliyev) ifaları maraqla dinlənilərək alqışlarla qarşılanmışdır.

Proqramda Qara Qarayev, Süleyman Ələsgərov, Tofiq Quliyev, Cahangir Cahangirov, Vasif Adığözəlov, Adil Bəbirov, M.Qlinka, N.Rimski-Korsakovun əsərləri, Azərbaycan saz havaları və muğamları səslənmişdir.

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

138 Baxılıb