Gün: Aprel 9, 2019

Aybəniz Haşımova “Space”dəki söyüşdən və aparıcıdan GÖRÜN NƏLƏR DEDİ – VİDEO

“Neçə ilərdir ki, Anarı şəxsən tanıyıram. Və ona dəyərli bir insan kimi böyük hörmətim var. Anar və eləcə də heç bir aparıcı canlı yayımda baş verəcək hadisələrə “qarant” ola bilməz”. Turkustan.info xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova “Space” kanalında yayımlanan “Hər səhər” verilişindən qovulan aparıcı Anar Vaqifoğlu haqqında […]

Dünyanın ən varlı qadınları: onlar kimlərdir və necə varlanıblar?

Dünyanın ən varlı adamının boşanma xəbəri yayılanda hamıya aydınıydı ki, əmlak bölgüsü zamanı çox böyük məbləğlərdən söhbət gedəcək. Ötən həftə Amazon şirkətinin qurucusu Jeff Bezos və arvadı MacKenzie ailə kapitalının necə bölüşdürülməsiylə bağlı razılığa gəldilər. MacKenzie Bezos Amazonda 4 faizlik paya sahib olacaq. Bu, 35,6 milyard dolar deməkdir. Beləliklə, Forbes […]

Kəlbəcəri o alacaq!

Əli NƏCƏFXANLI BİR FOTONUN DEDİRTDİKLƏRİ… Həmkarım Namiq Dəlidağlının paylaşdığı bu fotoşəklin 24 yaşı var. Başabaş ağrıdı, acıdı şəkil. Qaçqın köçü, yük maşınları, mükəddər çöhrələr. Dağlar geridə qalır. Yox, dağlar ürəklərdə yük olub gedir. Hamı pərtdi, hamı itiklidi. Umudu itən, gümanı yanılan, qəlbi paralanan kəlbəcərlilərdi onlar. Baxın, hamısı maşınlara minib. Stop! […]

PKK rəhbəri belə məhv edildi – VİDEO

Türkiyə Ordusunun Şimali İraqda keçirdiyi əməliyyat zamanı PKK terror təşkilatlarının liderlərindən olan Mehmet Soysürən məhv edilib. Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. “Savaş Porsipi” ləqəbli terrorçunun PKK-nın “xüsusi təyinatlıları”na rəhbərlik etdiyi və Türkiyə Daxili İşlər Nazirliyinin “qırmızı siyahısı”na daxil olduğu bildirilib. Xatırladaq […]

Həbsdə olan keçmiş deputatın məhkəməsi başladı – Sərhədçilər Abdullayevlərə necə kömək edib?

Bakı Hərbi Məhkəməsində Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən, qanunsuz sahibkarlıq, dələduzluq, hədə-qorxu ilə tələb etmə və vergidən yayınma kimi əməllərdə ittiham olunan sabiq deputat Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Abdullayevlərlə birgə məhkəmə qarşısına çıxarılan daha 7 nəfərin arasında sərhədçilər də var. Dövlət Sərhəd […]

Bu yayın xit mahnısı tanınmış fitness-treiner tərəfindən ifa olundu

Azərbaycanlı gənc, fitness-treiner müəllimi 23 yaşlı Hüseyn Vəliyev aqustik-xit mahnı ərsəyə gətirib. Rus dilində aranjman olunan “Mənimlə rəqs elə”(“Танцуй со мной”) mahnısının sözləri və bəstəsi gənc ifaçının özünə məxsusdur. Mahnı ərsəyə əldikdən sonra Remo Neal və başqa pop və estrada ifaçıları öz müsbət fikirlərini bildiriblər. Xit mahnı Rusiyanın “Kontakt” sosial […]

Daha bir məktəbdə faciə baş verib: 1 şagird ölüb, 2-sini polis nəzarətə götürüb

Bakıdakı 123 nömrəli tam orta məktəb şagirdin ölüm hadisəsi ilə bağlı açıqlama verib. Turkustan.info bildirir ki, məktəbdən “Report”a daxil olan açıqlamada qeyd olunur ki, bu il fevralın 21-də təxminən saat 12:00 radələrində məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğlu yıxılıb. Bir qədər sonra özünü pis […]

Azərbaycanlı diplomatın saatı oğurlandı – Cinayət işi açıldı, saxlanılan var

Azərbaycanlı diplomat Lətif Qəndilov martın 17-də qol saatını Minsk şəhərinin hava limanındakı biznes-zalda unudub. Belarus DİN-in bu gün yayımladığı rəsmi məlumata görə, saatı 37 yaşlı Ukrayna vətəndaşı görüb və götürüb. Hazırda onun barəsində cinayət işinə başlanıb. DİN-in məlumatında bildirilir ki, ukraynalı görüb ki, diplomat saatını unudub və onu götürüb. “Saatın […]

Telekanalda axtarış aparılıb – Belarusda qalmaqallı qərar

Belarus polisi populyar Belsat TV-nin qərargahında axtarış aparıb. Bu telekanal Polşaya məxsus Televizja Polskanın bir qanadıdır. Belarus Jurnalistlər Assosiasiyasının aprelin 9-da bildirməsinə görə, polis müstəqil televiziya şirkətinin ofisini axtarıb. Axtarışa İstintaq Komitəsinin davam etməkdə olan ilkin istintaq çərçivəsində icazə verdiyi bildirilir. Ancaq detallar açıqlanmır. 2016-cı ildə Belarus Ali Məhkəməsi Polşanın ictimai yayımçısı olan […]

Müdafiə Nazirliyi əhaliyə müraciət etdi – MƏTN

Müdafiə Nazirliyi KİV vasitəsilə əhaliyə müraciət edib. Turkustan.info bildirir ki, nazirlikdən Bakupost.az-a daxil olan məəlumata görə, müraciətdə deyilir:  “Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, ordu ilə xalq arasında əlaqələrin daha da möhkəmləndirilməsi, ictimaiyyət nümayəndələrinin hərbi hissələrdə həyata keçirilən quruculuq işləri, eləcə də valideynlərin övladlarının xidməti […]

Azərbaycanda Türk mənşəli tayfaların bölgələr üzrə yerləşməsi – TARİXİ SİYAHI

Uzun  illər tarixçilər arasında Azərbaycan ərazisində yaşayan türklərin regiona X-XI əsrdə gəldiyi kimi absurd fikirlər səsləndirilir. Əslində bu tip məlumatlar düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Son illər üzə çıxan araşdırmalar Altay teoriyasının əslində səhv olduğunu üzə çıxarıb. Məhəmməd Həsən Baharlı “Azərbaycan” adlı əsərində (Bakı, 1921-ci il) XIX […]

Çölçü ustaların dəmir işləri – Darxan Kıdırali

“Mübaliğəsiz deyə bilərik ki, torpaqlarımız maddi mədəniyyətə aid bir çox kəşflərin meydana gəldiyi bir yerdir” – Prezident Nursultan Nazarbayevin  “Böyük Çölün 7 özəlliyi” məqləsində belə deyilir.  Tarixə qəlibləşdirilmiş Avropa eynəklərindən  baxan bəzi alimlər və publisistlər öz zamanlarında “onlar köçəri həyat tərzi sürmüşlər, onların şəhər mədəniyyəti və inkişaf edən sənayesi  olmayıb” […]

“Diqlas”da yanğından zərər çəkən sahibkarlara nə qədər ödənildi? – RƏQƏM

Aprelin 4-dən Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, indiyədək 219 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən 161 sahibkara 1, 146 min manat ödənilməsi qərara alınıb. Artıq […]

Bakı məktəbində zarafat ölümə səbəb oldu

Fevralın 21-də təxminən saat 12:00 radələrində 123 nömrəli tam orta məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğlu yıxılıb. Məlumata görə, bir qədər sonra özünü pis hiss etdiyini bildirən şagird sinif yoldaşlarının köməyi ilə məktəbin tədris binasına gətirilib. Qeyd edək ki, fevralın 21-də 123 nömrəli tam […]

Bu qidalarla çörək yemək OLMAZ – Diabet və infarkt riski artır – SİYAHI

Azərbaycanda az qala çörəyi də çörəklə yemək qədər çörəyə bağlılıq insanlarımızda piylənmə, damar tıxanması, şəkər xəstəliyini artırır. Elə qidalar, xörəklər var ki, onu çörəklə yemək olmaz. Çörəklə uyğun olmayan və birlikdə yedikdə zərərli olacaq ərzaqların siyahısını təqdim edir: 1.Meyvə və meyvəli yeməklərlə Əgər qidada meyvə varsa onun çörəklə yeyilməsi pis […]

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Əbdülməcid Axundovun anım günü keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, MİHİ Sumqayıt şəhər Komitəsinin dəstəyi, Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olan manqa komandiri Əbdülməcid Axundovun anım günü keçirilib. Əvvəlcə tədbir iştirakçıları  şəhidin fotolarından ibarət sərgi ilə yaxından tanış olublar. Sonra şəhidin anası Ceyran  Axundova çıxış edib, […]

Heyvanı kərə yağında bişirin – Vərəmdən xilas olun

Ölkəmizdə dağ ətəklərində yabanı halda bitən heyva ağaclarına da rast gəlinir. Təbabətdə bu meyvədən çox istifadə olunur. Onun tərkibində 4-5 %, şəkər, 2 %-ə qədər üzvi turşular, karotin və C vitaminləri, peyvənd maddələri, efir yağı, dəmir duzları  var. Toxumlarında isə 14 – 18 % selikli maddələr, 16 – 20 % […]

Prezidentdən Allahşükür Paşazadə ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət KomitəsiQafqaz Müsəlmanları İdarəsinin təkliflərini nəzərə almaqla, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirəcək.  Sərəncamda […]

“Ermənilər İspaniyada bizim nə qədər güclü olduğumuzu yaxşı bilir”

“Valensiya Azərbaycanlıları” Cəmiyyəti sədri, diaspor fəalı Mübariz İbrahimin müsahibəsi – Mübariz bəy, nə zamandan İspaniyada yaşayırsınız və Valensiyada nə qədər soydaşımız yaşayır? – 2005-ci ildən İspaniya Krallığının Valensiya şəhərində yaşayıram. Hal-hazırda bildiyimiz qədər Valensiyada 40-a yaxın azərbaycanlı soydaşımız yaşayır. Qeyd edim ki, hər il bir çox tələbələrimiz təhsil almaq üçün […]

Azərbaycan kartof idxalından imtina etməyi planlaşdırır

Azərbaycan kartof idxalından tamamilə imtina etməyi planlaşdırır. Bunu Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev deyib. O qeyd edib ki, 2018-ci ilin sentyabr-oktyabr aylarında kartof idxalına gömrük rüsumu dərəcəsi artırılıb və bunun hesabına yerli istehsalçılar öz məhsulunu sata bilib: “Bu gün bu sahəyə böyük maraq var və investisiyalar qoyulur. […]

Almaniyaya mühacirət edən 10-dan çox azərbaycanlı geri qaytarılır

Almaniyada 10-dan çox ailə deportasiya edilmək üçün Düsseldorf şəhər hava limanına gətirilib.  Bu barədə Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, 09 aprel 2019-cu il səhərə yaxın 10-dan çox azərbaycanlı ailə xüsusi rejslə Azərbaycana göndərilmək üçün Düsseldorf hava limanına aparılıb. Həmin soydaşlarımızın əksəriyyəti 5 fevral 2019-cu […]

Azərbaycanda Əbabil quşu tapıldı – FOTO

Lənkəranda dünyanın ən nadir canlılarından biri – Əbabil quşu tapılıb.  Məşhur Əbabil quşları Rzayevlər ailəsinin evinə pənah gətirib. Ev sahibi Elmira Rzayeva deyir ki, bir gün evə gələndə üç Əbabil quşu pilləkənlərdə oturaq halda onu qarşılayıb. Quşların uçmadığını görən ev sahibi onları qutuda saxlamaq qərarına gəlib. Lakin quşlar evə gəldikləri […]

Nə vaxt 11 milyon olacağıq? – AÇIQLAMA

2050-ci ilədək Azərbaycan əhalisinin sayı 11 milyona yaxın olacaq.  Bu barədə Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamentinin hesabatında qeyd edilib.  Rəsmi rəqəmlərə görə, 2010-cu ildə ölkə əhalisinin sayı doqquz milyon, bu il isə 10 milyon olub. BMT-nin hesabatına görə isə 11 milyonuncu vətəndaşımızın doğulması üçün 31 il vaxt lazımdır.  Məsələ barədə Azərbaycan […]

Əlcəzairdə etirazlar yenidən başladı

Əlcəzair paytaxtında kütləvi etiraz aksiyası keçirilir. Trend-in məlumatına görə, aksiya iştirakçıları parlamentin Yuxarı Palatasının spikeri Əbdülqadir Bensalehin müvəqqəti prezident təyin edilməsinə etiraz edirlər. Parlamentdə əksər deputatların da onun namizədliyinə qarşı olduğu deyilir. Qeyd edək ki, Əlcəzairin bundan öncəki prezidenti Əbdüləziz Buteflika etirazlar nəticəsində istefa edərək vəzifədən gedib. 49 Baxılıb

Yaqland Bakı ilə bağlı TƏXRİBATÇI SUALDAN imtina etdi

Avropa Şurasının baş katibi Törbyorn Yaqland Azərbaycanla bağlı təxribat xarakterli sualı cavablandırmaqdan imtina edib. Niderlandın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Pieter Omtzigt Avropa Şurasının baş katibinə Azərbaycanla bağlı təxribat xarakterli sual verib. T.Yaqland isə bildirib ki, niderlandlı avroparlamentari belə bir sualla ona üçüncü dəfədir müraicət edir: “Mən […]

Ramin Hacılı azadlığa buraxıldı

QHT rəhbəri Ramin Hacılı azadlığa buraxılıb. Bu barədə onun özü sosial şəbəkə hesabında məlumat yayıb.  Xatırladaq ki, R.Hacılı 2018-ci il iyunun 4-də ölkədən qaçmaq istəyərkən saxlanılmış, ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 178.2.2-ci (təkrar dələduzluq), eləcə də, Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsində onun barəsində […]

İstanbulda gərginlik: polis seçki ilə bağlı əməliyyata başladı

İstanbulda bələdiyyə seçkiləri ilə bağlı gərginlik davam edir. Türkiyə mətbuatının yaydığı xəbərə görə, AKP-nin İstanbulda keçirilən  seçkilərdə saxtakarlıq olunduğu iddiası əsasında bu gün səhərdən polis qüvvələri şəhərdə əməliyyata başlayıb. Xatırladaq ki, AKP İstanbulda, xüsusi ilə ən çox səs itirdikləri şəhərin Böyükçəkməcə rayonunda keçirilən seçkilərdə kənar rayonlardan 11 min 186 seçicinin […]

“Niyə Azərbaycan qadınını başdanxarab kimi göstərirsiniz?” – Nurəddin Mehdixanlı

Əvvəl əxlaqı olan rejissorlar var idi. Əmi, dayı rol oynamırdı. Rejissorlara demək istəyirəm ki, peşə əxlaqı olsun. O, mənim dostumdur, rolu o oynamalıdır etməsinlər. Peşə əxlaqı və istedadı olan insanlar bu cür hərəkət etməməlidirlər. Bizdə əvvəl qabaqda xalq, arxada əməkdar artistlər otururdu. Xalq artisti tanıyıram ki, heç əməkdar artist səviyyəsində deyil. […]

Paşinyan azərbaycanlı girovların ailələrini Ermənistana ziyarətə ÇAĞIRDI

“Mən ümid edirəm ki, Azərbaycan və Ermənistan sərhədyanı ərazilərdə kənd təsərrüfatı işlərinin görülməsini təmin edə bilər”. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan yerli jurnalistlərə açıqlamasında deyib: “Biz mülki şəxslərə, xüsusən də kənd təssürüfatı işləri görənlərə atəş açılmayacağına təminat verə bilərik. Əgər Azərbaycan da razı olsa, bunu təmin edə bilərik”. […]

İş adamlarının DİQQƏTİNƏ: baş mühasib təyin edərkən diqqətli olun – CƏRİMƏLƏNƏ bilərsiniz

Milli Məclisin (MM) aprelin 9-da keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirə edilib. Məcəllənin 462-ci maddəsinə (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) dəyişiklik təklif edilib.  Təklif edilən dəyişikliyə əsasən, Məcəllənin 462-ci maddəsinə yeni bənd əlavə olunub. Dəyişikliyə görə, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, […]

“Belə yollarda sağ qala biliriksə, bu, sadəcə, möcüzədir” – Ekspertdən SƏRT TƏNQİD – Fotolar

“Bakının Bəşir Səfəroğlu və ona paralel küçələrdə yolu daraldıb piyada səkisini genişləndirdilər. Çoxları, eləcə də mən buna etiraz etdik. Dövlət qurumları heç kimi saymadı, öz bildiyini etdi”. Minval.info xəbər verir ki, yol-nəqliyyat ekspert Elməddin Muradlı paytaxtın mərkəzi küçələrində yeni salınan piyada səkiləri barədə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, bir […]

İntim yuxular nəyə işarədir? – İNANILMAZ

İnsanlar vaxtaşırı erotik yuxular görürlər. Bu, çoxlarınını narahat edir. Narahatçılığa əsas yoxdur, çünki sıx-sıx görülmədiyi halda belə yuxular normaldır. Amma seksoloqlar davamlı erotik yuxuların görülməsini seks azlığı, onun qaneedici, mütəmadi olmaması ilə əlqələndirirlər. Turkustan.info-nun Publika.az-a istinadən xəbərinə görə, buna baxmayaraq, erotik yuxular həmçinin digər məsələlər haqqında da xəbər vermə qabiliyyətinə […]

Putinin aşpazı: Azərbaycan plovu hazırlamağı çox istərdim

Rusiyanın birinci şəxsləri, o cümlədən, Medvedev və Putinin hakimiyyəti dövründə işləmiş tanınmış Kreml aşpazı Anatoli Qalkin Azərbaycanın şah plovunu hazırlamaq istədiyini dilə gətirib. Bu barədə o, “Daily Storm”a verdiyi müsahibədə danışıb. “Mən insanları, ələlxüsus yaxşı yemək bişirən insanları sevirəm. Kimsə yaxşı insandırsa, üstəlik, yaxşı yemək bişirməyi bacarırsa, deməli, möhtəşəm insandır. Onun üçün yemək […]

Sahil Babayev İctimai Şuranın üzvləri ilə müzakirə aparıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüşüb.  Görüşdə nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət qurumları qarşısında müəyyən edilən vəzifələrdən biri də həmin qurumların fəaliyyətində ictimai iştirakçılığa geniş şərait yaradılması və ictimai nəzarətin gücləndirilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi […]

Azərbaycanda ən çox danışılan BU VİDEO Ermənistanda çəkilibmiş

Stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin sosial şəbəkələrdə yayımlanan videosunun Ermənistanda çəkildiyi məlum olub.  “Sputnik Ermənistan”ın məlumatına görə, hadisə Ermənistanın Baqrataşen keçid məntəqəsində baş verib.  İlkin ehtimallara görə, həmin şəxs sərhədi ilk dəfə keçdiyi üçün qaydalardan xəbərsiz olub. Erməni sərhədçilər isə naşı şəxsin bu hərəkətini lağa qoyublar.  Xatırladaq […]

“30 milyon dolları Zumaya verib, deyib ki, məni tutsalar, ya öldürsələr…” – QƏZZAFİNİN PULLARINI OĞURLAYAN PREZİDENT

CAR-ın keçmiş prezidenti Ceykob Zuma Liviyanın keçmiş rəhbəri Müəmmar Qəzzafinin pullarının mənimsənilməsində şübhəli bilinir. “The Sunday Times” nəşri yazır ki, iddialara görə, Liviya lideri 2011-ci ildə qətlinə az qalmış Zumaya nağd şəkildə 30 milyon dollar verib və bu pullar uzun müddət onun Nkandledəki şəxsi iqamətgahında saxlanılıb, bu yaxınlarda isə Esvatini […]

Hidayətin “Bu dünyanın adamları” əsəri – Bişkek səhnəsində anşlaq

Bişkek səhnəsində anşlaq: Hidayətin “Bu dünyanın adamları” əsəri Çingiz Aytmatov adına Rus Akademik Milli Dram Teatrında böyük uğurla nümayiş etdirilir. Qırğızstanın paytaxtı Bişkekdə Çingiz Aytmatov adına Rus Akademik Milli Dram Teatrının səhnəsində hazırlanmış Hidayətin “Bu dünyanın adamları” tragikomediyası uğurla göstərilir. Tamaşanın premyerasından öncə çıxış edən teatrın bədii rəhbəri Akimbek Tekeşov […]

Musa Yaqubun müalicə məsələsi parlamentdə müzakirə olundu

Şair Musa Yaqubun səhhəti və müalicə məsələsi Azərbaycan parlamentində qaldırılıb. Məsələni deputat Fazil Mustafa qaldırıb. Deputat qeyd edib ki, şair Musa Yaqubun özü deyib ki, onun müalicəsi üçün heç nə edilmir: “Hesab edirəm ki, onun müalicəsi üçün addımlar atılmalıdır. Mən demirəm ki, Musa Yaqub, Ramiz Rövşən niyə Xalq şairi deyil?”(publika.az) […]

“Azəriqaz”dan əhaliyə VACİB XƏBƏRDARLIQ: Qaz sayğaclarının…

“Azəriqaz” İstehsalat Birliyi abonentlərini aldadan şəxslərlə bağlı xəbərdarlıq yayıb. Birlikdən verilən məlumata görə, son günlər Bakı şəhərinin müxtəlif ünvanlarında, əsasən də Yasamal rayonu ərazisində özünü “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış smart-kart tipli qaz sayğaclarının üzərinə vurulmuş xüsusi nömrəli plombun yenilənməsi, batareyasının dəyişdirilməsi və […]

Gəncədə evdən qaçan məktəbli bacılarla bağlı RƏSMİ AÇIQLAMA

Gəncədə 14 və 9 yaşlı iki bacı itkin düşüb. 2005-ci il təvəllüdlü Nipalıyeva Pərvanə Samiddin qızı və bacısı, 2010-cu il təvəllüdlü, 1-ci sinif şagirdi Nipalıyeva Ceyran Samiddin qızı aprelin 5-də səhər saat 08 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki […]

Qənirə Paşayevadan AŞPA-da SƏRT ÇIXIŞ

Bu gün AŞPA-da “2030-cu il Dayanıqlı İnkişaf Proqramının həyata keçirilməsində BMT ilə əməkdaşlığın gücləndirilməsi” və “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi: parlamentlərdən yerli idarəetmə qurumlarına qədər  bütün iştirakçı tərəflərin birgə səyləri” adlı qətnamə layihələri müzakirəsi olunub. Müzakirələr zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heytinin üzvü, AŞPA Azad Demokratlar Qrupunin vitse-prezidenti Qənirə Paşayeva çıxış […]

Şagirdin intiharı ilə bağlı məktəbdən qovulan direktor yenidən vəzifəyə qayıdır?

8-ci sinif şagirdinin intiharı ilə əlaqədar araşdırma müddətində vəzifəsindən uzaqlaşdırılan Sevinc Abbasova yenidən vəzifəsinə qayıdacaq. Turkustan.info-nun məlumatına görə, bu barədə Axar.az-a məlumat verən məktəbdəki mənbə bildirib ki, S.Abbasovanın direktorluqdan uzaqlaşdırılması ilə bağlı bu gün iclas keçirilib. İclası məktəb direktorunu müvəqqəti əvəz edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun […]

Azərbaycanda bu tərkibli dərman vasitələri QADAĞAN EDİLDİ

Azərbaycanda fenspirid tərkibli dərman vasitələrinin idxalı, pərakəndə və topdan satışı qadağan edilib.  Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Dərmanın qadağan olmasına səbəb xəstələrdə ürək ritm problemlərinə yol açmasıdır. Belə ki, Avropa Dərman Agentliyinin bu ilin fevralın 15-də EMA/114407/2019 nömrəli “Ürək ritm problemləri yaratması ilə bağlı potensial risk səbəbindən fenspirid tərkibli […]

İdxal olunan aksizli mallar vergidən azad ediləcək – AvroLiqanın Bakıdakı finalına görə

Milli Məclis Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsini müzakirə edərək təqdiqləyib. Dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycanda keçiriləcək UEFA 2019 Avropa Liqasının final oyunu və AVRO-2020-nin oyunları ilə əlaqədar ölkəyə idxal olunan aksizli mallar aksizdən azad ediləcək. Dəyişikliklərə aşağıdakılar daxildir: […]

“Prezidentlə görüşdə biri dədəsinə heykəl istədi, biri…”

Bakıda keçiriləcək Avropa Liqasının finalı və AVRO-2020-nin iştirakçılarının gəlir vergisindən azad edilməsi təklif edilir. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilməsi məsələsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Bununla bağlı Vergi Məcəlləsinə əlavə olunması təklif edilən 102.1.34-cü maddədə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən […]

“Hesabat Baş Prokurorluğa göndərilsin”

“Hesablama Palatasının təqdim etdiyi hesabatda bizə kifayət qədər informasiya verilib. Biz bu nöqsanların aradan qaldırılması üçün qanunverici orqan kimi hərəkətə keçmək. Bu istiqamətdə lazımdırsa, hökumətlə əməkdaşlıq edək və bu nöqsanları aradan qaldırsınlar”. Bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev səsləndirib.  Millət vəkili Hesablama Palatasının irəli sürdüyü 21 təklifdən […]

Türkiyə ABŞ-ı PAT vəziyyətinə saldı: əgər “F-35″lər…

ABŞ Türkiyəni “F-35 Beşinci Nəsil Müştərək Hücum Təyyarələri İstehsalı Proqramı”ndan çıxarmaqla təhdid edir. Bu, baş verərsə, proqramın istehsal rəqəmləri yarıya düşəcək və 7,5 milyard dollarlıq zərər olacaq. ABŞ-ın prezident köməkçisi Mayk Pens və Pentaqon israrlı şəkildə Türkiyəyə F-35 qırıcılarının verilməyəcəyini vurğulayır. Buna səbəb isə Ankaranın Rusiyadan S-400 zenit raket kompleksini […]

Azərbaycanlı məşhur qadınları cavanlaşdıran KREM İCAD ETDİ – ŞOK QİYMƏTƏ/VİDEO

“Böyük səslənsə də, dərini cavanlaşdıran bir vasitəni icad edən mən oldum. Ondan ancaq məndə var. 2019-cu ilin sonu, 2020-ci ildən etibarən satışa çıxacaq”. Bu sözləri azərbaycanlı make-up ustası Anar Ağakişiyev əməkdar artist Dilarə Əliyevanın verilişində qonaq olarkən deyib. Stilist qeyd edib ki, məhsul “Made in Azerbaijan” adı ilə buraxılacaq: “Onu […]

Hesabalama Palatası ən çox nöqsanı 3 nazirlikdə AŞKARLADI

“Hesablama Palatasının hesabatın ümumiləşdirəndə, ən çox nöqsan Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vergilər Nazirliyi ilə əlaqədardır”. Bunu Milli Məclisin iclasında Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə hesabatın müzakirəsində deputat Vahid Əhmədov deyib. O bildirib ki, bu nazirliklər nəticə çıxararaq nöqsanları aradan qaldırmalıdır: “Mən xahiş edərdim ki, […]

“Gözləməliyik ki, kimsə vəzifədə 5 il yeyib-dağıtsın, sonra aşkara çıxsın?” – Deputat NARAZILIQ ETDİ

“Milli Məclis tərəfindən “Hesablama Palatası haqqında” qanun qəbul olunub. Hər kəsə məlumdur ki, Palata öz imkanları daxilində kifayət qədər fəaliyyət göstərir, hətta bir çox hallarda imkanlarından da kənar böyük fəaliyyət göstərir. Amma strukturda ciddi şəkildə dəyişikliyə ehtiyac var. Yeni sistemə daxil olmalıyıq”.  Bunu Milli Məclisin komitə sədri Siyavuş Novruzov bu […]

Hesablama Palatası Milli Məclisdə hesab verdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının hesabatı müzakirəyə çıxarılıb. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov hesabat verərək yoxlamalar nəticəsində aşkar olunan nöqsalar haqqında məlumat verib. O qeyd edib ki, Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində büdcə qanunvericiliyi, mühasibət uçotu, dövlət satınalmaları üzrə daha çox pozuntuların olduğu müəyyənləşib.   V.Gülməmmədov […]

“Necə edək ki, bu məsuliyyətsizlik aradan qaldırılsın?”

“Bizim üçün vacib olan maliyyə nəzarətidir. Azərbaycanda maliyyə şokları yaşanmamalıdır. Bildiyiniz kimi, bir müddət əvvəl Beynəlxalq Bank məsələsində bunu gördük”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əflatun Amaşov deyib. Parlament üzvü bildirib ki, bir sıra hallarda Hesablama Palatasının təklifləri aidiyyatı qurumlar tərəfindən nəzərə alınmır: “Belə olsaydı, bu […]

Prezident və birinci xanımın 10 milyonuncu sakinin valideynləri ilə maraqlı SÖHBƏTİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər. Dövlət başçısı və xanımı uşağın valideynləri ilə söhbət etdilər. Rauf Həsənov: 2019-cu il aprelin 6-da saat 03.30 radələrində dünyaya gəldi. Prezident İlham […]

Sabah hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında aprelin 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 13-17,  Bakıda gecə 8-10, gündüz 15-17 […]

Fazil Mustafa hesabatdan narazı qaldı: “Bu cinayətdir. Buna yumşaq ad qoymaqla…”

“Büdcədən vəsait mənimsənilirsə, bu cinayətdir. Buna yumşaq ad qoymaqla, cinayətdən imtina etməyə başlayırıq”.  Bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deyib.  Deputat vurğulayıb ki, vergi ödəyiciləri, borcların ödənilməsi, satınalmalarla bağlı ciddi problemlər var:  “Dövlətsatınalmalarında ziddiyət qabarıq şəkildə özünü göstərir. Hesabata əsasən, 76 tender komissiyasının […]

Deputatlar parlamentə hərbi formada gəldilər -FOTO

Aprelin 9-da İran İslam Şurası Məclisinin (parlament) nümayəndələri plenar iclasa hərbi formada gəliblər. Bununla da İran parlamentinin nümayəndələri ABŞ-ın İran İslam İnqilabının Keşikçiləri Korpusunu (Sepah) xarici terror təşkilatları siyahısına salmasına etirazlarını bildiriblər. “Sepah”ın hərbi formasını geyib iclasa gələn deputatlar bəyan ediblər ki, İran parlamenti “Sepah”ı dəstəkləyir və hər zaman onun […]

Fəzail Ağamalı keçmiş məmurları “topa tutdu”

“Hesablama Palatasının işini yüksək qiymətləndirirəm. Qanunvericilik çərçivəsində öz işini daha da gücləndirib”. Bunu Milli Məclisin iclasında çıxış edən deputat Fəzail Ağamalı deyib.  Deputat vurğulayıb ki, müsbət məsələləri qeyd etməklə yanaşı, bir sıra məqamları da diqqətə çatdırmaq lazımdır: Hesablama Palatası öz işini elə qurmalıdır ki, büdcədən maliyyələşən qurumlar tərəfindən büdcə vəsaitinin […]

İlham Əliyevin 1 illik fəaliyyəti QİYMƏTLƏNDİRİLDİ

Azərbaycan Respublikasındakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə “Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində geniş rəy sorğusu keçirilib. Rəy sorğusunun nəticələrini aprelin 9-da “Opinion Way” şirkətinin […]

UNİCEF: Dünyada 175 milyon uşaq məktəbə hazırlıqdan kənarda qalır -HESABAT

Dünyada 175 milyondan çox uşaq məktəbə hazırlıq prosesindən kənarda qalır. Onların da yarıya qədəri elə məktəbə hazırlıq yaşındadır. Beləliklə, bu uşaqlar ta başlanğıcdan dərin bərabərsizlikdən əziyyət çəkirlər, vacib sərmayə imkanı da əldə buraxılır. Türküstan.info azadlıq.org-a istinadən xəbər vrir ki, UNICEF aprelin 9-da açıqladığı yeni hesabatında belə deyir. Qurum azgəlirli ölkələrdə […]

Baş nazir “Gənclik Mall”da alış-veriş etdi

Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və vitse-prezidenti, Dubay əmiri Məhəmməd ibn Rəşid Əl-Məktum Bakıya qonaq gəlib. Dubay əmiri yaxınları ilə birlikdə “Gənclik Mall”da alış-veriş edib.  Dünyanın ən zəngin insanlarından biri olan əl-Məktum ovçuluğu da sevir. Belə ki, o, bir müddət öncə ölkəmizə səfər edərək rayonlardan birində ov edib.  Qeyd edək […]

Putinlə Ərdoğanın MÜHÜM GÖRÜŞÜ: nələr əldə edildi?

Rusiya və Türkiyə liderlərinin görüşü olduqca maraqlı keçdi və bir sıra siyasi məqamlarla yadda qaldı. Bu sözləri Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Kremldə baş tutan görüşü şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O, ilk növbədə Türkiyənin Rusiyadan alacağı S-400 raket sistemləri ilə bağlı […]

Bakıda direktordan “ÖZƏL” ADDIM: pəncərələri şuruplatdı – FOTO

Məktəblilərin intihar təhlükəsinə qarşı 22 nömrəli məktəbin rəhbərliyi maraqlı üsula əl atıb. Sabunçu rayonunda yerləşən 22 nömrəli məktəbin direktoru Azər Ələkbərov 162 nömrəli məktəbdə baş verən 8-ci sinif şagirdinin ölümü ilə nəticələnən intihar hadisəsindən təsirlənərək məktəbin bütün pəncərələrinin dəstəyini çıxartdırıb. Bu haqda sosial şəbəkədəki səhifəsində məlumat paylaşan direktor bildirib ki, […]

Bakıda bu marketdə HƏDİYYƏ paylanır – FOTO

Paytaxt sakini Qəşəm Niftəliyev Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyindəki marketində məktəblilər üçün maraqlı aksiya başladıb. O, gündəliyindəki “5” qiymətini göstərən şagirdlərə dəftər, qələm, kökə və s. həvəsləndirici hədiyyələr təqdim edir. Q.Niftəliyev bildirib ki, məqsədi şagirdlər arasında təhsil sahəsində rəqabəti artırmaqdır: “5” alan şagirdin yanında başqa bir şagird olanda iki […]

İstanbuldakı seçki ilə bağlı HEYRƏTAMİZ FAKTLAR

Türkiyədə 31 mart bələdiyyə seçkilərində qeydə alınan seçki pozuntuları ilə bağlı səslərin yenidən sayılması prosesi davam edir. Bu barədə Türkiyənin “Yeni Akit” nəşri yazıb. Nəşr Cümhur İttifaqının namizədi Binəli Yıldırımın 13 min 302 səsinin oğurlandığının aşkar edildiyini yazıb. CHP-nin İsranbul millət vəkili Özgür Karabat səs fərqinin 29 min 408-dən 15 […]

MSK Ərdoğanın tələbini qəbul etmədi

Türkiyə Mərkəzi Seçki Komissiyası (MSK) keçirilən bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələri ilə bağlı yekun qərarını açıqlayıb.  Ntv.com.tr portalının məlumatına görə, MSK hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bütün səslərin yenidən hesablanması tələbini qəbul etməyib.  Bununla bağlı məlumat verən AKP-nin MSK üzrə nümayəndəsi Rəcəb Özəl bildirib ki, qərara əsasən, İstanbuldakı 32 rayondan 21-dəki […]

Gömrük Komitəsindən yayılan VİDEO haqqında AÇIQLAMA

Dövlət Gömrük Komitəsi sosial şəbəkələrdə stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxs barədə məlumat yayıb. DGK-dən bildirilib ki, ötən gün sosial şəbəkələrdə stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin videotəsvirləri yayımlanıb və şəbəkə istifadəçiləri yanlış olaraq bunun Azərbaycan gömrük xidmətinin tabeliyindəki qurumlardan birində baş verdiyini iddia edərək gömrük orqanlarının […]

İlham Əliyev 10 milyonuncu Azərbaycan vətəndaşına EV BAĞIŞLADI

Prezident İlham Əliyev Azərbaycanın 10 milyonuncu vətəndaşına ev verib. Bu barədə yeni doğulan körpənin atası Rauf Həsənov məlumat verib. Qeyd edib ki, ölkə başçısı onun qızına Yasamalda üç otaqlı ev bağışlayıb.  Qeyd edək ki, 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. Azərbaycan vətəndaşları Rauf Həsənovun və […]

Avropa Facebook və Google kimi nəhəngləri sıxışdırır -Tereza Mey xəbərdarlıq etdi

Avropada Facebook və Google kimi texnologiya nəhənglərinə təzyiq artır. Ölkələr onların terrorçu təbliğatı, uşaq pornoqrafiyası kimi kontenti bloklaması üçün daha sərt qaydalar təklif edir. “The Associated Press” agentliyi yazır ki, Britaniya sosial mediaya nəzarət qurumu yaratmağa çağırır. İlk dəfə yaradılacaq bu qurum şirkət rəhbərlərini cərimələyə, yaxud özlərini qadağan edə bilər. Avropa Birliyinin parlament komitəsinin təsdiqlədiyi […]

Bu yollar BAĞLANIR

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu Əhməd Mehbalıyev küçəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılır. Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən bildirilib. Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. 126 Baxılıb

ATƏT PA-da Azərbaycan bağlı qətnamə qəbul edildi

ATƏT Parlament Assambleyasının Kopenhagendə keçirilən illik Büro iclasında Azərbaycanla bağlı mühüm qətnamə layihəsi qəbul olunub. Bunu Trend-ə Milli Məclisin deputatı, ATƏT Palament Assambleyasının (ATƏT PA) vitse-prezidenti Azay Quliyev deyib. A.Quliyev hələki qətnamənin detallarını açıqlamağı məqsədəuyğun hesab etməyib: “ATƏT PA-nın Bürosunun illik sessiyasında milli maraqlarımıza tam cavab verən, çox vacib və […]

Deputatlar bu gün 20 qanuna dəyişiklikləri müzakirə edəcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasda Hesablama Palatasının hesabatı dinlənilməklə yanaşı, 20 məsələ, o cümlədən Ailə Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsinə, Əmək Məcəlləsinə, Mülki Məcəlləyə, Gömrük Məcəlləsinə və digər qanunlara dəyişiklikləri müzakirə ediləcək. 79 Baxılıb

Müdafiə Nazirliyi Tonoyanın cavabını verdi

“Ermənistan müdafiə nazirinin səsləndirdiyi növbəti sərsəm fikirlər heç bir normal məntiqə sığmayan, anormal düşüncəli şəxsin sayıqlamasına bənzəyir”. Bunu Ermənistanın müdafiə naziri David Tonoyanın guya Azərbaycan ərazisində xaos yaratmaq məqsədilə düşmən tərəfinin kəşfiyyat bölmələrinin fəallaşması ilə bağlı dediyi fikirləri şərh edərkən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.  “Ermənistan […]

Problemli kreditlərlə bağlı adı siyahıda olmayanların – Nəzərinə

Problemli kreditlərə görə kompensasiya alacaq vətəndaşlarımızın bəzisi Maliyyə Bazarlarına Nəzarət Palatasının istifadəyə verdiyi onlayn portalda öz ödənişi ilə bağlı məlumat əldə etmək istərkən onların sorğusu “əsas kredit borcu üzrə məlumatlar dəqiqləşdirilmə mərhələsindədir və məlumatlar dəqiqləşdiriləndən sonra portala daxil olunacaq” kimi cavablandırılır. Turkustan.info xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov bunun […]

Mehriban Əliyeva və qızları konsertdə – FOTOLAR

Heydər Əliyev Sarayında dünyaca məşhur virtuoz pianoçu, Rusiyanın Xalq artisti, UNESCO-nun xoşməramlı səfiri Denis Matsuyev konsert proqramı ilə çıxış edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva konsertdə olublar. Konsertdə Denis Matsuyev L.Bethovenin fortepiano üçün “17 nömrəli Sonata”sını, S.Raxmaninovun fortepiano üçün Korelli mövzusunda variasiyalarını, F.Şopenin “4 nömrəli […]

Qardaşı çılpaq qızların videosunu çəkən Ramaldan SƏRT SÖZLƏR: “Üzükölgəli olduğum…”

“Bir hekayə var, onu sizə qısa yazmaq istəyirəm. Yeni ailə qurmuş cütlük evlərində səhər yeməyi yeyir, birdən qadın pəncərədən qonşusunun paltar sərdiyini görür və ərinə deyir ki, “vay vay, gör nə kirli paltar yuyub?! Ağlar da boz kimi olub”. Bu söhbət hər dəfə qonşu paltar sərəndə müzakirə olunur evdə. Bir […]

Brilliant Dadaşovadan məktəb direktoruna AĞIR SÖZLƏR: “İnsani keyfiyyətlərdən məhrumsunuz”

Xalq artisti, görkəmli sənətkar Brilliant Dadaşova bir neçə gündür gündəmdən düşməyən 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı haqqında fikirlərini instaqramda paylaşıb. Müğənni şagirdi faciəli şəkildə vəfat edən 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasovanın mətbuatda yayılan səs yazısına münasibət bildirib. O, bildirib ki, məktəblinin ailəsi haqqında təhqiramiz fikirlər səsləndirmək […]

“Yaşar Nuri sağ olsaydı…” – Rüfət Axundov

“Əgər mənim günahkar olduğumu deyirlərsə, eybi yox, qoy, mən günahkar olum. Mənim günahım yoxdur! Günahı olanları Allaha tapşırırıam və hər şeyi zamana buraxıram! Amma böyük sənətkar Yaşar Nuri sağ olsaydı, mənim başıma bu oyunu açmazdılar”.  Turkustan.info xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında “Space” Televiziyasında “Hər səhər” verilişində baş vermiş xoşagəlməz […]

Bir gün Maestro Niyazi Fransaya gəlir və… – Ceyhun Hacıbəylinin fransız gəlini ilə MÜSAHİBƏ

Bəzən insan vətənindən, ocağından uzaq düşür. Yeni evi cənnət olsa belə doğma torpağının ətri burnuna yadlaşmır. Mənsubiyyətinə də, damardakı qanına da dönük çıxmır. Xalqımızın qürur yeri olan Hacıbəylilər ailəsinin layiqli davamçısı Timurçin Hacıbəyli kimi. Dahi bəstəkar, milli musiqimizin banisi Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəylinin kiçik oğlu idi Timurçin. Fransanın Nitsa […]

Daxili Qoşunların bu maşınları satışa çıxarıldı – UAZ, “Fiat Doblo”, “Kamaz”…

Daxili İşlər Nazirliyi ilə Təhsil Nazirliyi balanslarında olan istifadəsiz avtomobilləri hərraca təqdim ediblər. Turkustan.info xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 7 may tarixində həyata keçirəcəyi avtomobil hərracında sözügedən qurumların maşınları satılacaq. Hərraca ümumilikdə 15 avtomobil təqdim edilib.   Onlardan biri Təhsil Nazirliyinə, qalanları isə DİN-ə məxsusudur. Təhsil Nazirliyi hərraca 1990-cu […]

“AzTV-nin nüfuzuna ləkə gətirənlərin bəziləri hələ ki postunda qalır” – Qulu Məhərrəmli

“AzTV sükunət halından çıxıb, müəyyən yaradıcı proses gedir”. Bu sözləri Azərbaycan Televiziyasında rəhbər dəyişikliyindən sonrakı durumla bağlı danışarkən tanınmış jurnalist, televiziya eksperti Qulu Məhərrəmli deyib. Onun sözlərinə görə, televiziyaya peşəkar, maraqlı insanlar çalışmağa dəvət olunub: “Məsələn, mənim üçün sevindirici hal oldu ki, tanınmış rejissor Şərif Qurbanəliyev “Sabah” Yaradıcılıq Birliyinin rəhbəri təyin edildi. […]

Gəncədə iki məktəbli bacı itkin düşdü

Gəncədə 14 və 9 yaşlı iki qız uşağı itkin düşüb.   Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, hadisə şəhərin Atatürk prospekti 237, bina 3-də baş verib. Həmin binada yaşayan 2005-ci il təvəllüdlü Nipalıyeva Pərvanə Samiddin qızı və bacısı, 2010-cu il təvəllüdlü, 1-ci sinif şagirdi Nipalıyeva Ceyran Samiddin qızı aprelin 5-də səhər saat […]

“Direktorların çoxu müəllimə bənzəmir” – Fazil Mustafa

“14 yaş özlüyündə psixoloji dəyişimin ən sərt qaydalarını uşaqlara yoluxdurur. Sevgi, əyləncə, özünütəsdiq, eqoistlik, fərqlilik, nəzarətdən qaçma, yasaqlara meyl… Doğrudur, günahkar kimdir sualının cavabını hüquqi anlamda istintaqın gedişi söyləyə bilər. Ancaq anlaşılan bir gerçək var ki, evdə də, məktəbdə də mənəvi mühit arzuolunan səviyyədə deyil”.  Turkustan.info xəbər verir ki, bunu […]

Putin Ərdoğana daha çox silah vəd edib

Rusiya Türkiyəyə yalnız S-400 kompleksləri deyil, digər hərbi təyinatlı məhsullar sata bilər. Bu fikirləri prezident Vladimir Putin Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında səsləndirib. “Ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsi hərbi texniki sahəni də əhatə etməlidir. İlk növbədə söhbət S-400 raket sistemlərinin tədarükündən gedir. Gündəlikdə Rusiyadan Türkiyəyə müasir rus silahlarının tədarük edilməsi üçün digər […]

Çili bibəri ölümcül xəstəliyin dərmanıymış

Çili bibərinin tərkibində olan kapsaitsin maddəsi ağciyər xərçənginin inkişafını ləngidə bilər. ABŞ-ın  Marşall Tibb Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində belə qənaətə gəliblər. Kapsaitsin alkoloidinin effektivliyi genetikası modifikasiya edilmiş, xərçəng daşıyıcıları olan siçanlar  üzərində aparılan təcrübələr zamanı sübut olunub. Kapsaitsin maddəsi xərçəngə yoluxmuş hüceyrələrdə metastaz prosesinin birinci mərhələdə inkişafını dondurub. Bu maddə insanda […]

Adı “Ginnesin Rekordlar Kitabı”na düşən Las Veqaslı azərbaycanlı

Azərbaycan bu günlərdə on milyonuncu sakininə “xoş gəldin” dedi, amma qeyri-rəsmi məlumatlara görə dünyada əlli milyona yaxın soydaşımız yaşayır. Milyonlarla azərbaycanlının arasından seçilib yeddi nəfərdən biri olmaq isə hər adamın hünəri deyil. Söhbət adı “Ginnesin Rekordlar Kitabı”na düşən soydaşlarımızdan gedir.  Bu gün sizə onlardan biri, 6 metrlik nərdivanda 7 dəqiqə […]

Bürclər – 9 aprel

Qoç – Gələn məlumatlar, alınan informasiyalar yoxdur. Prosesə süni təkan verərək hadisələri səbəbsiz şəkildə sürətləndirməyin heç bir mənası yoxdur. Maraqlı təsir bağışlasa da, əlavə iş və ya öhdəlik aramayın. Əsas işi çətinlik çəkmədən görə bilərsiniz. Günün ikinci yarısında yaşlıların və yaşca sizdən kiçiklərin qayğısına qalın. Yeni işə başlamağa hazır olun. Hazırlıq […]

Dahilər niyə dəli olurlar – Dörd mühüm versiya

Bu kimi saysız-hesabsız tarixi faktları oxuduqca bu sual məni həmişə düşündürüb: istedadlı və bilikli insanların bu qeyri-adi xarakterləri, fobiyaları, əyləncələri nədən yaranır? Dahilərin həyatları ilə maraqlananda, demək olar ki, hər birinin hansısa ruhi-psixoloji probleminə, nədənsə asılılığına, ağılalmaz vərdişlərinə və s. rast gəlirik. Dahi fizik Nikola Teslanın zinət əşyalarından, körpülərdən və […]