Ça. İyn 25th, 2019

Aybəniz Haşımova “Space”dəki söyüşdən və aparıcıdan GÖRÜN NƏLƏR DEDİ – VİDEO

“Neçə ilərdir ki, Anarı şəxsən tanıyıram. Və ona dəyərli bir insan kimi böyük hörmətim var. Anar və eləcə də heç bir aparıcı canlı yayımda baş verəcək hadisələrə “qarant” ola bilməz”.

Turkustan.info xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova “Space” kanalında yayımlanan “Hər səhər” verilişindən qovulan aparıcı Anar Vaqifoğlu haqqında yazıb. Sənətçi instaqram vasitəsilə kanalın rəhbəri Vaqif Mustafayevə müraciət edib. O, qeyd edib ki, “Hər səhər” verilişində Rüfət Axundov və Rəşad İlyasovun qeyri-etik ifası aparıcı Anar Vaqifoğlunun işdən çıxarılmasına səbəb olub:

“Mənim üçün Rəşad İlyasov və Rüfət Axundov çox əzizdirlər. Kaş ki, belə olmayaydı. Amma insan yıxılır, ölür və olacağa nə çarə… Allah da bağışlayanları sevir. Anarın günahsız yerə qurban getməsi məni çox incidir. Ona görə də dəyərli Vaqif Mustafayevdən xahiş edirəm ki, Anarın günahsız yerə qurban getməsinə imkan verməsin. Rəşad və Rüfətin dolanışıq yerləri var. Anar və orada çalışan rejissorun uşaqlarının ümid yeri yalnız Space TV və FM-dir”. Əməkdar artist belə deyib”.

Qeyd edək ki, Rüfət efirdə fonoqramla xalq mahnısını oxuyarkən sözlərini dəyişərək qeyri-etik ifadələr işlədib. Səs rejissorunun mikrofonu bağlamağı unutması nəticəsində söyüş efirə gedib. Nəticədə aparıcı və verilişin texniki heyəti işdən uzaqlaşdırılıb, həmçinin Rüfət Axundova kanallarda qadağa qoyulub.

MTRŞ isə aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunması ilə bağlı protokol tərtib edib.  /Publika.az/