Ça. İyl 23rd, 2019

“Belə yollarda sağ qala biliriksə, bu, sadəcə, möcüzədir” – Ekspertdən SƏRT TƏNQİD – Fotolar

“Bakının Bəşir Səfəroğlu və ona paralel küçələrdə yolu daraldıb piyada səkisini genişləndirdilər. Çoxları, eləcə də mən buna etiraz etdik. Dövlət qurumları heç kimi saymadı, öz bildiyini etdi”.

Minval.info xəbər verir ki, yol-nəqliyyat ekspert Elməddin Muradlı paytaxtın mərkəzi küçələrində yeni salınan piyada səkiləri barədə münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl həmin küçədə yanğın baş verib və yanğınsöndürən maşınlar əraziyə girə bilməyib: “Çünki dönmə bucaqları elə qoyulub ki, iriqabaritli maşınlar dönə bilmir. Təsəvvür edin ki, başqa küçədə dayanıb borunu güc-bəlayla bir-birinə calaq edib yanğını söndürüblər”.

elməddin muradlı ile ilgili görsel sonucu

Yol-nəqliyyat eksperti Elməddin Muradlı

Ekpert həmçinin hazırda həmin küçələrə təcili yardım maşınlarının getmədiyini vurğulayıb. Elməddin bəy bunu maşın saxlamağa yerin olmaması ilə izah edib.

“Mən demişəm, yenə də deyirəm, biz bu cür təfəkkürlə işləyənlərin çəkdiyi yollarda sağ-salamat qala biliriksə, bu, sadəcə olaraq möcüzədir” – Muradlı sonda bildirib. (minval.info)