Ça. İyl 23rd, 2019

Gəncədə iki məktəbli bacı itkin düşdü

Gəncədə 14 və 9 yaşlı iki qız uşağı itkin düşüb.
 
Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, hadisə şəhərin Atatürk prospekti 237, bina 3-də baş verib.
Həmin binada yaşayan 2005-ci il təvəllüdlü Nipalıyeva Pərvanə Samiddin qızı və bacısı, 2010-cu il təvəllüdlü, 1-ci sinif şagirdi Nipalıyeva Ceyran Samiddin qızı aprelin 5-də səhər saat 08 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıblar.
 
Faktla bağlı araşdırma aparılır.