Ç. İyl 17th, 2019

“Yaşar Nuri sağ olsaydı…” – Rüfət Axundov

“Əgər mənim günahkar olduğumu deyirlərsə, eybi yox, qoy, mən günahkar olum. Mənim günahım yoxdur! Günahı olanları Allaha tapşırırıam və hər şeyi zamana buraxıram! Amma böyük sənətkar Yaşar Nuri sağ olsaydı, mənim başıma bu oyunu açmazdılar”. 

Turkustan.info xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında “Space” Televiziyasında “Hər səhər” verilişində baş vermiş xoşagəlməz məlum hadisənin “qəhrəmanı” müğənni Rüfət Axundov deyib. 

“Rəşada heç bir iradım yoxdur, qüsuru gərək insan özü özündə tapsın” deyən R.Axundov, bu məsələdə özünü günahkar bilir: 

“Hər kəs özü səhvini başa düşməli və cavabdeh olmalıdır. Günahsız olduğumu görən insanların münasibəti, fikri mənə yetərlidir. Kor-kor, gör-gör, qoy, dəfələrlə o videoya baxsınlar və kimin günahkar olduğunu düzgün şəkildə ortaya çıxarsınlar”.