Ça. İyn 25th, 2019

Problemli kreditlərlə bağlı ödənişlərin veriləcəyi TARİX açıqlandı – RƏSMİ

Hazırda problemli kreditlərin ödənişləri ilə bağlı yaradılmış pk.fimsa.az portalına daxil olmaqla fiziki şəxs ona hesablanmış cəmi kompensasiya məbləği ilə yanaşı, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi, həmçinin restrukturizasiya güzəştinin şamil oluna biləcəyi cari kreditlər barədə ümumiləşdirilmiş məlumatları əldə edə bilir.
Lakin hazırda məlumatların portala inteqrasiyası getdiyindən heç də hər kəs ona çatacaq kompensasiya ödənişi barədə məlumat əldə edə bilmir.
Belə hallarda vətəndaşlara onlar haqqında məlumatların yenilənməsinin getdiyi barədə məlumat verilir.
Bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) ONA-ya verilən məlumata görə, aprelin 15-dək kompensasiya alacaq vətəndaşlar barədə məlumatlar tam olaraq sistemə inteqrasiya olunacaq.
Problemli kreditlərlə bağlı kompensasiya və restruktrizasiya güzəştinin şamil olunacağı cari kreditlərlə bağlı ödənişlərin verilməsinə isə aprelin sonlarından başlanılacaq və may ayının sonuna kimi yekunlaşacaq.