Ça. İyl 16th, 2019

Azay Quliyev Prezidentin 1 ilini belə dəyərləndirdi

Milli Məclisin deputatı, QHT Şurasının sədri Azay Quliyev İlham Əliyevin Prezident seçilməsinin 1 ili ilə münasibəti ilə tvitter hesabında status yazaraq, bu dövrü çox müsbət qiymətləndirib.

Turkustan.info-nun xəbərinə görə, o qeyd edib: “Bu gün cənab İlham Əliyevin yenidən Prezident seçilməsinin 1 ili tamam oldu. Keçən bir il modern Azərbaycan quruculuğu, yeni islahatların başlanğıcı, sosial problemlərin həlli, böyük əfv, vətəndaş-prezident birliyinin daha da güclənməsi, tərəqqi və inkişaf ili kimi yadda qaldı”.