Özilin boyunbağısı almanları əsəbiləşdirdi – FOTO

“Arsenal”ın futbolçusu Məsut Özilin Avropa Liqasının 1/4 final mərhələsində “Napoli” ilə oyuna gələrkən taxdığı boyunbağı müzakirə mövzusu olub. 

Ulduz futbolçu stadiona daxil olarkən boyunbağıdakı ay-ulduzlu nişan diqqət çəkib.

Ancaq onun bu addımı Almaniyada birmənalı qarşılanmayıb. Almanlar Türkiyə əsilli futbolçunun bununla onlara acıq verdiyini düşünüb. 

Qeyd edək ki ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla görüşdükdən sonra Almaniyada çox tənqid olunan və bu səbəbdən yığma karyerasını bitirən Məsut Özilin həmin boyunbağını qəsdən nümayiş etdirdiyini iddia edənlər var.(oxu.az)