Yapon alimdən şok: Yeni insan növü yaranacaq

Süni intellekt hazırki sürətlə inkişaf edərsə, 50-100 il sonra insan zəkasını geridə qoya bilər.

Turkustan.info xəbər verir ki, bu sözləri Yaponiyanın “Fujisoft” şirkətinə məxsus “Parlo” adlı robotu hazırlayan komandanın rəhbəri Naoki Suqimoto deyib.

“Süni intellekt o səviyyə gələcək ki, artıq sünilikdən və robotluqdan çıxıb yeni bir insan növü olacaq. Belə bir dönəm olacaq. Lakin 50-100 il sonra… Bundan qorxmaq lazım deyil. Sadəcə ciddi yanaşmaq lazımdır”, – deyə alim bildirib. /Axar.az/