Ça. İyl 16th, 2019

Dünyanın ən böyük təyyarəsi ilk uçuşunu etdi – VİDEO

“Stratolaunch Systems” kampaniyasına məxsus altımotorlu təyyarənin ilk uçuşunun videosu yayılıb.

Turkustan.info xəbər verir ki, hava layneri Los-Anceles yaxınlığındakı aerodromdan havaya qalxıb.

Ekspertlər bunu tarixi hadisə adlandırıblar.

Qeyd edək ki, qanadları arasındakı məsafə 117 metr olan bu ən böyük təyyarənin çəkisi 226 ton, yükqaldırma qabiliyyəti isə 650 tondur.

Eyni vaxtda 3 raketi daşımaq gücündədir. Onun təyinatı kosmosa yük qaldırmaqdır.

Onun 2020-ci ildə ilk sputniki buraxacağı gözlənilir. /Axar.az/