Ca. İyl 18th, 2019

Əli Həsənov İlber Ortaylını qəbul edib

Prezidentin köməkçisi Əli Həsənov İlbər Ortaylını qəbul edib.

Turkustan.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov məlumat verib.

Qeyd edək ki, ötən gün Heydər Əliyev Mərkəzində türkiyəli tarixçi, professor İlbər Ortaylının “Qafqaz tarixi” mövzusunda mühazirəsi keçirilib.

Professor İlbər Ortaylı Avropa qitəsinin mühüm regionu olan Qafqaz ərazisində qədim dövrdə yaradılmış dövlətlər, burada yaşayan yerli əhali, eləcə də müxtəlif dövrlərdə əraziyə pənah gətirmiş, köçürülmüş tayfalar, etnik qruplar haqqında məlumat verib, eramızdan əvvəl mövcud olmuş Urartu dövlətinə dair erməni iddialarına qarşı tutarlı faktlarını diqqətə çatdırıb.