Ca. İyl 18th, 2019

Baş redaktora ağır itki üz verdi

Tanınmış jurnalist, Axar.az saytının baş redaktoru Anar Niftəliyevə ağır itki üz verib, redaktorun anası vəfat edib.
Məlumata görə, Güllübəyim Niftəliyevanın beyninə qan sızıb. Mərhumə bir gün komada qalıb, bu gün isə keçinib. 
G.Niftəliyevanın yas mərasimi aprelin 16-da Şamaxının Şıxzahirli kəndində olacaq. 
Qeyd edək ki, A.Niftəliyevin qardaşı, tanınmış aşıq Vüqar Mahmudoğlu da ötən ilin yanvar ayında dünyasını dəyişmişdi. 
Jurnalistin xanımı, tənqidçi Elnarə Tofiqqızı da 2013-cü ildə “Medi Sina” klinikasında əməliyyat zamanı vəfat etmişdi. (bakupost)