Ca. İyl 18th, 2019

İranda hicabını açan MƏŞHUR QIZ həbs olundu

Ötən il İranda məcburi hicaba etiraz olaraq baş örtüyünü açıb nümayiş etdirən Vida Müvəhhid adlı qız 1 il həbs cəzası alıb.

Bu barədə onun vəkili məlumat yayıb.

Vəkil onun Rey şəhərindəki həbsxanada saxlanıldığını bildirib.

Xatırladaq ki, 31 yaşlı Vida Müvəhhid Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq, hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, bu şücaətinə görə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb.(axar.az)