Ca. İyl 18th, 2019

Niyə bir-birimizə nifrətlə yanaşır ve ya nifrət edirik?

Sosial medyada gəzişirkən təsadüfən Mübariz Mənsimovun son yazısı ilə rastlaşdım. Yazdıqlarına sona qədər haqq verməsəm də amma cavabı bəlli olan, ümumi hamımıza ünvanladığı sualları cavablamağı özümə borc bildim. Bizim iş adamları adlandırdığımız insanların böyük bir qismi əslində sadəcə əmanətçi və nəzarətçi olduğu üçün kimə isə yardım etmə kimi bir haqları yoxdur. Çox az bir qisim də var ki, Mübariz bəy kimi alın təri və zəhməti ilə nələri isə qazanıb bir yerlərə gəliblər. Yəni həqiqi iş adamı ola biliblər. Amma onların da bəzən hər zaman deyil, sadece 99 %- i güvenib etibar etdiyi yaxın çevrəsi tərəfindən önəmli məqamlarda yalnış yönləndirildiyi üçün hər şeydən uzaq durmağı seçirlər. Qısaca desek: “Millət necə tarac olur olsun, ne işim ? Düşmənlərə möhtaç olur olsun nə işim var? Qoy men salim olum cümlə cahan yatsada yatsın” prinsipi ile yaşayırlar. Geriy isə sizin kimi insanların içində olduğu 1% lik bir kəsim qalır. Bu 1% in də arasında birlik, bərabərlik olmadığı üçün güc limitləri bəllidir!
Bəli biz Ürəyi böyük xalq olmuşuq! Artıq bizlərin ürəyi belə işğal altındadır, nəinki torpaqları. Doğrudur, qonaqpərvər və insansevər olsaq da özümüzdən olandan başqa hamını sevə bilir bir tək özümüzü sevə bilmirik nə hikmetdisə. Çünki bizi bölüblər Rayonlara, kəndlərə , ayrı ayrı zonalara. 1918 ci ildə 114.6 min kv km torpağımız olduğu halda 100 il sonra 2019-cu ildəyik və yarısından çoxu gedib torpağımızın! Və bu gedişlə 100 il sonra heç Azerbaycan dey bir ölke də olmayacaq. Çünki bizler özümüzünkülərə və vətənimizə qarşı olduqca biganəyik. İçimizə yerləşdirilmiş bizim kimi görünənler, lakin bizdən olmayanlar tərəfindən başda milli qürurumuz olmaqla bütün mənəvi dəyərlərimiz yox edilir. Tam olaraq məni də Mübariz bəyin haqlı ünvanladığı bu suallar hər daim düşündürür: Biz özümüzdən olanları niye sevmirik? Niyə dəstəkləmirik? Niyə bir-birimizə nifrətlə yanaşır ve ya nifrət edirik? Bəli niyə bir birimizə ancaq problem yaratmağa çalışırık? Niyə yardım etmirik irelileməsinə? Əslində isə bizlər bir-birimizə problem yaratmağa çalışmırıq. Bizim kimi görünənlər önce bizi ayrır bir-birimizden qoparır və hər şəkil problemleri yaradır, sonra isə dediyiniz kimi kürəyimizden vurur. Bizim xalqımız özününkündən daha çox başqasını çox sevib inanmağa davam etdiyi müddətcə pis yaşamağa məhkumdur. Tək dərdimiz bizim özümüzük. Özümüzdən olana dəyər verməməyimizdir. 
Özümüzdən olanı sevməməyimizdir. Özümüzünkülərden çox başqalarına dəyər verməyimizdir. Bəli, biz bir-birimize dəstək olmayıb bir birimizi yaxınımıza buraxmadığımız üçün bölünürük, bizim kimi görünənlər təkliyib, tək-tək küreyimizdən vururlar. Biz ürəyi böyük xalq olmuşuq. Hazırda deyilik! Əgər hazırda ürəyi böyük xalq olsaydıq bir olardıq, birlik olardıq. Oyuncağı əlindən zorla alınmış uşaq durumunda olmazdıq . Sadəcə düşmənlərimiz siz böyük, dahi, ürəyi böyük xalqsız deyerek bizim eqolarımızı böyüdərək bizi bir- birimizdən ayrı salırlar. Biz böyük xalq ola bilsəydik indi torpaqlarımız işğal altında olmaz ve oyuncağı əlindən alınmış uşaq kimi ağlayıb kiminsə bizim savaşla itirdiyimiz torpaqlarımızı alıb vermə ümidi ile yaşamazdıq. Bəli bizlərdən başqa bütün millətlər bir birinin tərəfini tutub bir birinə harda olmasından asılı olmayaraq dəstək olur, bir bizlər birlik olub bir birimizə daha da ileriləmək üçün dəstək ola bilmirik. Bizdə o birlik ona göre yoxdu ki, içimize yerləşdirilmiş bizim kimi, yeni bizdən görsənənlərin istədiyi şəkildə birimizdən daim uzaq durmağa çalışır hər daim özümüzünkülərdən çox bizden olmayanlara destek oluruq. Biz bizi unuduruq. Bizi var eden dəyərləri unuduruq! Bizim içimizde bizim kimi görsənən anası, həyat yoldaşı o düşmənlərdən olan o qədər insanlar var ki bizlərə əngel olurlar. Həmçinin bizi bir- birimiz vasitesi ilə yox etmə imkanını ve fürsətini verdiyimiz üçün onlar da bizi yox edirlər. Tək Rusiyada yox, Türkiyə başda olmaqla dünyanın bir çox önəmli ölkələrində olan iş adamlarımız uzaq durur bir-birilərindən. Buraxın öz vətəni üçün nələri isə etməyi, içimizə yerləşmiş bizim kimi görsənənlerlə birlik olub nələri isə etmək istəyənlərə və edənlərə əngəl olurlar, dəstək olmaq bir kənara. Mən də özümə çox sual verirəm : Niyə erməniler birlik ola bilir bizlər yox ? Niyə bizlər bütün sahələrdə onlara uduzuruq? Bəlkə də , bizim ideologiyamız unutdurulub, yox edildiyi üçün bizi birləşdirəcək bir şey qalmadığı üçün uduzuruq.