Ça. İyl 16th, 2019

Prezidentin 1 illiyi münasibətilə Cavid Qurbanovun seçiciləri ilə görüş keçirilib – FOTOLAR

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, 123 saylı Kəlbəcər Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Cavid Qurbanovun tapşırığına əsasən dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasinin Prezidenti seçilməsinin bir ilinin tamam olması münasibətilə kəlbəcərli seçicilərlə görüş keçirilib.

Cavid Qurbanovun adından seçiciləri salamlayan Millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, 2018-ci il aprel ayının 11-də xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevə etimad göstərərək onu yüksək səs fərqi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçdi. Həbib Misirov bildirib ki, cənab Prezidentimiz İlham Əliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan məqsədyönlü və ardıcıl siyasəti layiqincə davam etdirərək ölkə iqtisadiyyatının sürətli inkişafına nail oldu. Hələ ilk dəfə Prezident seçilərkən hər bir Azərbaycanlının Prezidenti olacağını söyləyən İlham Əliyevin prezidentliyi dövründə ölkədə yüz minlərlə yeni iş yeri açıldı, vətəndaşların rifah halı yüksəldi, yoxsulluq həddi 50 faizdən 5 faizə düşdü. Ölkə iqtisadiyyatına milyardlarla dollar investisiya qoyuldu. Aparılan islahatlar nəticəsində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini yaradıldı. Artıq bütün dünyada Azərbaycan brendi kimi tanınan bu brendin yaradılması vətəndaşlar tərəfindən rəğbətlə qarşılandı.

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı və qəbul edildi. Bunu sübut

edən ən böyük amillərdən biri kimi Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsini qeyd edə bilərik.

Ali Baş Komandan İlham Əliyev hakimiyyəti dövründə ordu quruculuğu daha da möhkəmləndirildi. 2016-cı ilin aprel döyüşləri bunu deməyə daha da əsas verir. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və Cocuq Mərcanlıya dönüşdür. Eyni zamanda cənab Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin həllini də hər an diqqət mərkəzində saxlayıb, ötən illər ərzində məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərcikləri ləğv olunub, məçburi köçkünlər üçün yeni, müasir tipli qəsəbələr inşa edilib.

Sonra görüşdə iştirak edən kəlbəcərli seçicilər çıxış ediblər. Onlar qeyd ediblər ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün bölgələri, kənd və şəhərlərləri sürətlə inkişaf edir. Bu gün Azərbaycan regionun söz sahibinə çevirilib. Azərbaycanın icazəsi olmadan regionda hec bir beynəlxalq layihə reallaşmır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars layihələri ölkəmizin dinamik inkişafını təmin edir. Bildirilib ki, məhz bütün bu nailiyyətlər əsas verdi ki, xalqımız ötən ilin aprelində yenidən öz taleyini möhtərəm prezidentimiz İlham Əliyevə etibar etdi.

2019-cu ilin əvvəlindən ölkədə aparılan islahatları xüsusi qeyd edən kəlbəcərli seçicilər bildirdilər ki, əhalinin bütün təbəqələri kimi, qaçqın və məcburi köçkünlər də ölkə Prezidentinin sosial yönümlü fərman və sərəncamlarını rəğbətlə qarşılayıblar. Xüsusi vurğulanıb ki, ölkə başçısının fevral ayının 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Sərəncamı onların rifah halının yaxşılaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biridir. Eyni zamanda onlar tələbələrin, magistrantların və doktorantların təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılmasını, fiziki şəxslərin problemli kreditlərinin həllinə dair fərmanın verilməsini yüksək dəyərləndiriblər. Seçicilər bütün bunlara görə bir daha ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz hörmət və ehtiramlarını ifadə ediblər.

Hər zaman dövlətə, ölkə başçısının apardığı siyasətə sadiq olduqlarını bildirən kəlbəcərli seçicilər əminliklərini ifadə ediblər ki, ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində onlar doğma torpaqlarına dönəcəklər.