Şəbnəm efirdə Amerikanı Avropa ölkəsi adlandırdı – TV-ni ittiham etdi

ARB TV-də yayımlanan “Hüseynova bacıları” verilişində qonaq olan müğənni Şəbnəm Tovuzlu suallara verdiyi cavabları ilə tənqid atəşinə tutulub. 

Verilişin əvvəlində aparıcılar Tovuzlu ilə yarışma keçiriblər.

Oyunun şərtlərinə əsasən, ifaçı hər suala 4 variantda 20 saniyə ərzində cavab verməli olub. 

Sadə suallarla başlayan oyun daha sonra çətinləşib. 

“Avropada dörd ölkə” sualına Şəbnəm “Amerikanın özü, İtaliya” cavabını verib. Daha sonra əlavə edib:

“Bu yaxınlarda Dubaya getmişdik. Dubay Avropa deyil, amma yaxındır da… Mən oralarda olmamışam vallah, nə deyə bilərəm. Ona görə də bilmirəm”.

Şəbnəm Tovuzlunun “Hüseynova bacıları” verlişində suallara doğru-dürüst cavab verməməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İzləyicilər Şəbnəmin coğrafi biliklərini tənqid edərək, onu qınayıblar. 

Məsələ ilə bağlı oxu.az-ın əməkdaşı Şəbnəm Tovuzlu ilə əlaqə saxlayıb.

Dəstəyi isə ifaçının köməkçisi Günel xanım qaldıraraq verlişdə yaşananlarla bağlı bunları söyləyib:

“Verlişdən öncədən Şəbnəm xanıma söylədilər ki, suallara bu variantda cavab verərsiz. Əvvəlcədən hazırlanmışdı. Bu, quramadır. Onların öz oyunları idi ki, verlişdə hər şey bu cür olsun”.