Ca. İyl 18th, 2019

BDU rektorundan tələbələri sevindirəcək JEST: Bu dəfə…

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev təhsil ocağının yataqxanasında təmir-bərpa işləri başladıb.

Bu barədə məlumatı təhsil eksperti Kamran Əsədov yayıb.

O bildirib ki, yataqxanada qalan tələbələr artıq orada ümumi istifadə üçün təmirli otaq olduğu barədə məlumatlar paylaşır:

“Üzümüzə gün doğub. Təzə qaz plitəmiz, televizorumuz, stol-stulumuz, ümumi istifadə edilən təmirli otağımız var, dedilər, istilik cihazı da olacaq, sonra isti suyumuz da. Rektor Elçin müəllim təxminən 10 gün əvvəl yataqxanamıza gəlib, problemlərimizin həllinə də söz vermişdi. Bəziləri inansa da, çoxumuz inanmamışdıq. Görəndə ki, ümumi otaq düzəlir, televizor, stollar verilir, qaz plitəsi qoyulur sevindik. Doğrusu, hələ də inanmağımız gəlmir. Bizlə görüşəndə, şəkil çəkdirəndə, yaymamağı, reklamı sevmədiyini demişdi, sadə adam idi. Amma onun tez bir vaxtda elədiyi bu şeylər əsl diqqətə layiqdir”, – yataqxanada yaşayan tələbələr qeyd edib.(kult.az)