Əməkdar artist Rəşad İlyasov “Space” TV-də baş verən qalmaqalla bağlı ilk dəfə açıqlama verib.

Turkustan.info bildirir ki, News24.az-a açıqlama verən R.İlyasov baş verən hadisəyə görə Azərbaycan xalqından üzr istəyib. O, məsələnin şişirdildiyini, bunu düşmənlərinin etdiyini bildirib.

Qeyd edək ki, “Space” TV-də yayımlanan “Hər səhər” verilişində əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundov fonoqram mahnı ifa edərkən səs rejissorunun mikrofonları bağlanmaması efirdə söyüşün səslənməsinə səbəb olub. İfaçılar işlətdiyi ifadələrə görə xüsusi ittiham qaydasında məhkəməyə verilib. Hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalandırılması tələb edilir.