Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində bir sıra tədbirlər keçirilib

Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda  Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq XIV əsrin böyük Azərbaycan mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar “Poeziya və fəlsəfədə ucalan abidə” adlı disput keçirilib. Tədbirdə  kitabxanaçı Dilarə Ağakişiyeva İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat verib.  Sonra Kitabxana Klubun oxucuları Ülkər Yusifova, Araz Nurəliyev, Nəzakət Agaxanova, Kəmalə Aslanlı, Nəzakət Səmədova, Nərgiz Qəribova və başqalarının Nəsimi yaradıcılığı haqqında fikirləri dinlənilib.

Sumqayıtın Şəhər Mədəniyyət Evində Beynəlxalq Mədəniyyət günü ilə bağlı tədbir  keçirilib. Əvvəlcə şair Əşrəf Şəfiyev və uzun illər mədəniyyət sahəsində çalışmış Filman Lazımov çıxış edərək mədəniyyət işçilərini təbrik edib, xoş arzularını çatdırıblar. Sonra tədbir konsert proqramı ilə davam edib. Şəhər Mədəniyyət Evinin “Şəms” instrumental anaamblının (bədii rəhbər və konsermester Rasim Hüseynov) solistləri Kənan Quliyev, Pərvanə Şəm, Kseyna Məmmədova, gənc müğənnilər Zaur Yusifli, Natiq Ayxan, Hind mahnılarının mahir ifaçısı Sveta Aslanovanın ifasında səslənən mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.   

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti