Sumqayıtda Saz müsabiqəsi keçiriləcək

E L A N

SAZ MUSIQISI HƏVƏSKARLARININ NƏZƏRİNƏ !

Sumqayıt şəhərinin 70 illik yubileyi münasibətilə şəhərimizdə fəaliyyət göstərən musiqi məktəbləri və mədəniyyət müəssisələrində təhsil alan, həmçinin sazda çalıb-oxumağı bacaran saz musiqisi həvəskarlarını, istedadlı gəncləri üzə çıxartmaq, gələcək fəaliyyətlərində onlara dəstək olmaq, şəhər tədbirlərində onların iştirakını təşkil etmək, yeni aşıq kollektivlərinin yaradılması məqsədi ilə Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzində

“ SAZLI – SÖZLÜ ŞƏHƏRİM ”

adlı aşıq müsabiqəsi keçirilir.

1.Müsabiqə 2 mərhələdən ibarətdir — I tur və II tur (final)

2. Müsabiqə 10-20 yaş qrupu arasında keçirilir.

3. Müsabiqənin I turu may ayının 14-də keçirilir. I turda qaliblər seçilərək II tura (final mərhələsinə) dəvət alır. Müsabiqənin hər iki turu N. Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzində keçiriləcəkdir.

4. Müsabiqənin ikinci – final mərhələsi iyun ayının 11-də keçirilir.

5. Müsabiqədə tələb olunan ifalar aşağıdakı qaydadadır:

I tur 1) saz havası – instrumental – solo ifa

2) saz havası – vokal

II tur 1) saz havası

2) saz havası (şah kökdə)

Hər iki turda göstərilən hər iki çıxışın ifa olunması vacibdir.

6. Müsabiqədə iştirak edəcək şəxslər aşağıda göstərilən sənədləri 13.05.2019-cu il tarixinədək [email protected] elektron ünvanına, yaxud müəssisəyə (N. Nərimanov adına Mədəniyyət Mərkəzi) təqdim etməlidir:

– doğum haqqında şəhadətnamənin (şəxsiyyəti təsdiq edən sənəd) surəti,

– 1 ədəd 3×4 fotoşəkil,

– Anket-ərizə (əlavə olunmuş xüsusi blankda)

– Əlavə məlumat almaq üçün aşağıdakı nömrəyə müraciət edə bilərsiniz:

– (018 ) 6552331

101 Baxılıb