Ç. İyl 24th, 2019

Məşhur müsavatçıdan Arif Hacılıya SƏRT SÖZLƏR – Müsavatı bitirdiniz

Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlı təşkilatın başqanı Arif Hacılının ünvanına sərt ittihamlar səsləndirib.

Yadigar Sadıqlı Feysbukda Müsavat Partiyası üzvlərinin qapalı qrupunda başqan Arif Hacılının xeyir-duası ilə onu satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış getdiyini yazıb.

Onun sözlərinə görə, Arif Hacılı söz verdiyi kimi, mübarizəni müxalifət daxilindən çıxardı: “Amma hakimiyyətə qarşı yox, partiya daxilinə yönəltdi. Arif Hacılının admin olduğu qrupda mənə üç gündür böhtanlar atılır. Kimlərin etdiyini soruşmayın, əksəriyyətini heç tanımazsınız, profillərində hakimiyyət əleyhinə söz tapmazsınız. 3 ildə Arif Hacılını çox gözəl tanıdım”.

Musavat funksioneri hesab edir ki, Müsavatın nüfuzu darmadağın olub: “Müsavatın gücünü çoxdan bitirmisiniz. Bu gün “Müsavat güclənir” deməklə deyil. Novxanıdakı tədbirə Frankfurtdakından az adam gəlir. Reallığa qayıdın”.

O, müsavatçıların statusu silməsi ilə bağlı təkliflərə belə cavab verib: “Müsavatçılar qrupdakı böhtanlara qarşı susmasaydılar, bu status yazılmazdı. Təəssüf ki, böyük əksəriyyət səsini çıxarmağa qorxur. Hələ hərdən mənə qarşı “separatçı” ittihamları da olur”. (teleqraf.com)