Bz. İyl 21st, 2019

Bakıda Milli qəhrəman İsgəndər Aznaurovun anım mərasimi keçirilib

Bugün DATÜB Azərbaycan Təmsilçiliyinin təşkilatçılığı ilə əslən Axısxa türkü olan Azərbaycanın milli qəhramanı İsgəndər Aznaurovun anım mərasimi keçirilib.

Türkiyənin Azərbaycanda fəaliyyət göstərən qurumlarının nümayəndələrinin, DATÜB Azərbaycan Təmsilçiliyi üzvlərinin, Milli Qəhrəmanın ailə üzvlərinin və Bakıda yaşayan Axısxalı Türklərin iştirakı ilə ilk öncə İsgəndər Aznaurovun Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Ziyarətdə milli qəhrəmanın döyüş yolu, Azərbaycan-vətən sevgisi və əsl ailə başçısı olması kimi xüsusiyyətləri xatırlanıb, şəhidin ruhuna dualar edilib, quranı kərim oxunub.

Anım mərasimi daha sonra DATÜB Azərbaycan Təmsilçiliyi ofisində davam etdirilib. Axısxalı Türklərin və milli qəhramanın ailə üzvlərinin iştirakı ilə keçirilən tədbirdə milli qəhramanın döyüş yolundan bəhs edən film nümayiş etdirilib

. Tədbirdə çıxış edən DATÜB Azərbaycan Təmsilçisi Məmməd Şamilov, İsgəndər Aznaurovun döyüş yolundan bəhs edərək onun gələcək nəsillərə örnək bir şəxsiyyət olduğunu vurğulayıb.

Tədbir iştirakçıları da Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Axısxalı İsgəndər Aznaurovun xatirəsini yad edib. Milli qəhramanın əziz xatirəsinə həsr olunmuş tədbirin sonunda iştirakçılara ehsan süfrəsi açılıb.