Banklar xəbərdarlısız yoxlanacaq – Yeni Qaydalar

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti “Bank fəaliyyətinin yoxlanılması Qaydaları”nı təsdiq edib. Bu Qaydalar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklarda və xarici bankların yerli yoxlamaların təşkili və həyata keçirilməsinin prosedur qaydalarını müəyyən edir.

Hərtərəfli (kompleks) yoxlama bankın ümumi vəziyyətinin, o cümlədən kapital, aktivlər, idarəetmə, gəlir, likvidlik və riskə həssaslıq komponentlərinin qiymətləndirilməsi, habelə onun fəaliyyətinin bank qanunvericiliyinə uyğunluğunu müəyyən etmək üçün bank fəaliyyətinin bütün sahələrini əhatə edən ətraflı yoxlama, məqsədli (tematik) yoxlama isə bankın fəaliyyətinin konkret sahəsinə və ya növünə yönəldilmiş yoxlamadır. Banklarda dövriliyinə görə növbəti və ya növbədənkənar yoxlama, əhatə dairəsinə görə isə hərtərəfli (kompleks) və ya məqsədli (tematik) yoxlamalar aparılır.

Növbəti yoxlama hərtərəfli, növbədənkənar yoxlama isə hərtərəfli və ya məqsədli olur. Palata tərəfindən bankların növbəti yoxlanılması ildə bir dəfə aparılır. Növbəti il üçün növbəti yoxlamaların qrafiki hər il noyabr ayının 30-dək Palatanın İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir. (ona.az)