C. İyl 19th, 2019

Qardaşı qızı ilə gündəmə gələn Nazpəri: “Bir az da bundan danışın”

“Bir sənətkar olaraq hər zaman arxamca yaxşı da, pis də danışanlar olub. Gərək həyatda elə bir cümlə olasan ki, heç zaman sənə nöqtə qoya bilməsinlər. Dostlar, bu da yeni fotomdur. Bir az da bundan danışın”.

Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva İnstaqramda yazıb. O, yeni fotosessiyasını paylaşaraq son günlər ətrafında səngimək bilməyən qalmaqallara son qoyulmasını xahiş edib.

Xatırladaq ki, müğənninin qardaşı qızı Pərvanə Dostəliyevanın ailəsi və atası haqqında verdiyi açıqlamalar sosial şəbəkələrdə geniş müzakirə olunur. Müğənninin qardaşı qızı atası Ağalar Dostəliyevanın ona 6 yaşında təcavüz etdiyini iddia etmişdi. (publika.az)