Baş məşqçisi Ronaldu barədə NƏLƏR DANIŞDI?

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandanın lideri Kriştianu Ronaldu barədə danışıb.
O, İtaliya mətbuatına açıqlamasında Turin klubundan ayrılcağı deyilən portuqaliyalı hücumçunun komandada qalacağını bildirib:
“Kriştianu inanılmaz mövsüm keçirir. Bir neçə dəfə fərqlənib və komandaya çox kömək edir. Ronaldu “Yuventus”un gələcəyidir. Çox qısa müddətdir komandaya qoşulmasına baxmayaraq, möhtəşəm mövsüm keçirir. Növbəti mövsüm də belə davam edəcəyinə inanıram”.
Qeyd edək ki, Ronaldunun İtaliya təmsilçisi ilə müqaviləsinin müddəti 2020-ci ilin iyununda başa çatır. /qol.az