İstanbulda seçkilərin nəticəsi ləğv edilir? – AKP hərəkətə keçdi

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) İstanbulda bələdiyyə seçkilərinin nəticəsinin ləğv edilməsi üçün Türkiyə Ali Seçki Komissiyasına (YSK) növbəti dəfə ərizə ilə müraciət edib.

Turkustan.info xəbər verir ki, bunu AKP sədrinin köməkçisi Əli İhsan Yavuz deyib. O, seçkilərdə Qanun Hökmündə Qərarnamə ilə ictimai xidmətdən azad edilmiş 14712 nəfərin səs verdiyini təsdiq edən siyahını komissiyaya təqdim etdiklərini bildirib.

Qeyd edək ki, AKP İstanbuldakı seçkinin nəticələri ilə bağlı aprelin 16-da YSK-ya etiraz ərizəsi ilə müraciət edib. Ərizədə səsvemədə qanun pozuntularına yol verildiyi, möhürsüz cədvəllərin olduğu qeyd edilib.   /Axar.az/