Bu messencerlərdən birinin fəaliyyəti dayandırılır

Tezliklə mesajlarla mübadilə üçün ən köhnə xidmətlərdən biri olan “BləkBerri Messencer”in fəaliyyəti dayandırılacaq. Bu haqda son 3 ildə bu layihəni idarə edən “Emtek” şirkəti məlumat verib.

Turkustan.info xəbər verir ki, 31 may 2019-cu ildən etibarən “BləkBerri Messencer”in fəaliyyəti dayandırılacaq: istifadəçilər köhnə şəkil, mesaj və başqa fayllara baxmaq üçün sözügedən xidməti öz qurğusunda işə sala bilməyəcəklər. Bu məlumatları itirməmək üçün istifadəçilərə yuxarıda göstərilən müddətədək məzmunu yükləmək tövsiyə edilir.

“BləkBerri” şirkətinin rəsmiləri etiraf ediblər ki, messencerlər bazarı çox dinamik inkişaf edir və “BləkBerri Messencer”in istifadəçiləri başqa platformalardan istifadə edirlər.   /Axar.az/