Kılıcdaroğlunun döyülməsinə Bahçeli və Yıldırımın münasibəti… BELƏ OLDU

Milliyətçi Hərəkat Partiyasının (MHP) Genel başqanı Devlet Bahceli bu gün Ankarada şəhidlə vida mərasimində Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıcdaroğluna qarşı hücum aktına münasibət bildirib.

Turkustan.info xəbər verir ki, Bahceli Kılıcdaroğlunun döyülməsinin “məmnunedici hal olmadığını” qeyd edib: “Bu oyaldan üzüntü duyduğumu bildirmək istəyirəm. Bir partiya liderinə, xüsusilə iqtidar partiyasında sonra parlamentdə və yerli idarəçilikdə yer tutan partiya rəhbərinə qarşı bu hərəkət yolverilməzdir”.

İstanbul bələdiyyə başqanlığına AKP-nin namizədi olmuş Binali Yıldırım da Kılıcdaroğluna hücumu pisləyib. Yıldırım Tvitter hesabından CHP liderinə “keçmiş olsun” mesajı ünvanlayıb.

 

684 Baxılıb