Sabahın hava proqnozu açıqlandı – Yağış, dolu, qar…

Ölkə ərazisində aprelin 22-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeronyarımadasında gecə 4-6°, gündüz 7-11° isti, Bakıda gecə 4-6°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 763 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.