Türkiyə Rusiyadan S-400 raketlərini alacaq, amma aktivləşdirməyəcək – Çavuşoğlu

Türkiyə Rusiyadan S-4-00 raketləri alması ilə bağlı NATO-dakı müttəfiqlərinin narahatlığını anlaşma ilə qarşılayır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Cavusoglu aprelin 19-da Ankarada jurnalistlərə açıqlamasında deyib.

S-400 raketləri Türkiyəyə bu yay çatdırılmalıdır. ABŞ buna görə Türkiyədən, S-400 raketləri ilə ABŞ-ın F-35 qırıcı təyyarələri arasında seçim etməyi tələb edir. ABŞ Türkiyəyə 100 belə təyyarə verməlidir.

F-35 qırıcı təyyarəsi

Amma Vaşinqton ehtiyyat edir ki, Rusiyanın hava hücumlarından müdafiə sistemi, NATO aviasiyasında tətbiq edilən hərbi texnologiyalar barədə məlumat əldə edə bilər. Amma Cavuşoğlu bu ehtimalı rədd edib.

Türkiyə ABŞ-ın sanksiyalarına düşmək istəmir, çünki bu, Türkiyə iqtisadiyyatına pis təsir göstərə bilər. Türkiyənin müdafiə və maliyyə nazirləri, həmçinin prezident Rəcəp Tayyip Ərdoganın nümayəndələri münasibətləri yoluna qoymaq üçün bu həftə ABŞ-da olublar. AFP agentliyinin məlumatına görə, Türkiyənin Rusiyadan alınmış raketləri aktivləşdirməkdən imtina etmə ehtimalı getdikcə artır. Agentlik yazır ki, belə haldabu raketlər 3-cü ölkəyə verilə bilər.