Türkiyədə NATO-ya silahlı hücum: Gecəyarısı…

Türkiyənin İzmir şəhərində yerləşən NATO korpusuna silahlı hücum olub.

Turkustan.info xəbər verir ki, hadisə yerli vaxtla saat 3 radələrində meydana gəlib.

Şübhəli şəxslər taksi ilə NATO korpusuna yaxınlaşıb və atəş açıblar. Bölgədə olan polis dərhal olaya müdaxilə edib və cinayətkarları yaxalayıb.

 

Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

Polis istintaq işini davam etdirir.   /Publika.az/