Zelenski Ukraynada seçkilərdə qalib gəlir – 75,8 faiz

Ukraynada prezident seçkilərinin ikinci turunda Vladimir Zelenski qalib gəlir.

“Rosbalt” exit-poll-un qeyri-rəsmi nəticələrinə istinadən xəbər verir ki, seçiçilərin 75,8 faizi Zelenskiyə səs verib.

Hazırkı prezident Pyotr Poroşenko isə səslərin 24,2 faizini yığıb. Qeyd edək ki, exit-polların ilk rəsmi nəticələri səslərin sayılması prosesi başlanılan kimi açıqlanacaq.  /BAKU.WS/