Zelenskiy Ukraynadakı prezident seçkilərinin qalibi oldu

Ukrayna Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən prezident seçkilərinin 2-ci turuna dair ilk rəsmi nəticələri açıqlayıb.

Yekun protokolların müəyyən hissəsi yoxlanıldıqdan sonra məlum olub ki, prezidentliyə namizəd Vladimir Zelenskiy 73,2 faiz səs toplayıb, onun rəqibi Pyotr Poroşenkonun topladığı səslər isə 25,3 faizdir. 

Qeyd edək ki, P. Poroşenko prezident seçkilərində uduzduğunu etiraf edib.

O, bildirib ki, buna baxmayaraq siyasətdən getməyəcək.

Poroşenko deyib ki, Ukraynanın NATO və Aİ yolunda atdığı addımlarını müdafiə edəcək.

Poroşenko həm də öz komandasını təslim olmamağa çağırıb.