Türkiyə və İranın gizli razılığı – ABŞ hərəkətə keçdi

ABŞ kəşfiyyat şəbəkəsi İran Xarici İşlər naziri Cavad Zərifin Türkiyə səfəri zamanı Rəcəb Tayyib Ərdoğana təqdim etdiyi sənədin mahiyyətini öyrənməyə çalışır.

Turkustan.info xəbər verir ki, bu barədə türkiyəli yazar Sərdar Turqut öz məqaləsində qeyd edib.

Zərifin “Dəməşqə gedərək Bəşər Əsədlə görüşdüm və bunun hesabatını Ərdoğana təqdim edəcəyəm” açıqlaması amerikan xüsusi xidmət orqanlarını hərəkətə gətirib:

“ABŞ kəşfiyyatının müxtəlif qolları 48 saatdır ki, Ankaraya xüsusi diqqət edir. Bu xəbər Vaşinqtona çatar-çatmaz bütün təhlükəsizlik orqanları tam hazır vəziyyətə gətirilib. Onlar Astana formatında yer alan İran və Türkiyənin Suriya məsələsində hansı razılığa gəldiyini öyrənməyə can atır. ABŞ tərəfi Rusiyanın bu məlumatları ondan öncə alacağından olduqca narahatdır. Bu narahatlıq başadüşüləndir”.

Yazar iddia edib ki, Vaşinqton bu işdə MOSSAD-ın da köməyindən yararlana bilər.  /Axar.az/