ABŞ “Hizbullah”ı çökdürməyə MÜKAFAT ayırdı – 10 milyon dollar

ABŞ “Hizbullah”ın maliyyə sistemini çökdürmək üçün yeni gediş edib.

“Hizbullah”ın maliyyə imkanlarına aid məlumatları ABŞ-la paylaşana 10 milyon dollar mükafat veriləcək.

ABŞ maliyyə nazirinin terrorizmlə mübarizə üzrə müavini Marşal Billinqslea bəyan edib ki, Livan “Hizbullahı”nın maliyyə imkanlarının çökdürülməsini təmin edəcək informasiyaları verəcək şəxs və ya təşkilatlara 10 milyon dollar mükafat veriləcək.

Xatırladaq ki, 10 milyon dollar məbləğində mükafat ABŞ-ın “Ədalət üçün mükafat” proqramı çərçivəsində müəyyən edilib. (teleqraf.com)