Lökbatan, Bibiheybət, Bayıl və 20-ci sahə sakinlərinə XOŞ XƏBƏR: Tıxac problem həll olundu

Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin həyata keçirdiyi birgə tədbirlər nəticəsində paytaxtın cənub istiqamətində, o cümlədən də Lökbatan, Bibiheybət, Bayıl və 20-ci sahə adlanan ərazidə yaşayan sakinlərin ictimai nəqliyyatdan istifadəsindəki çətinliklər aradan qaldırılıb. 

Bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev məlumat evrib.

M.Ağayevq eyd edib ki, ilk növbədə, Lökbatan- Funikulyor Bəhram Gur heykəli istiqamətində 5A adı altında müvəqqəti müntəzəm marşrut xətti təşkil edilib:

“Bununla yanaşı, 5A xətt üzrə avtobusların maneəsiz hərəkəti üçün Mikayıl Useynov prospektində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılıb. Qeyd edilən hissədə hərəkət yalnız müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslar üçün açılıb”.

Onun sözlərinə görə, yeni təşkil edilən 5A müntəzəm marşrut xətti üzrə 30 qəpik müəyyən edilib:

“Bu marşrut xətti üzrə avtobuslar yollarda məhdudiyyət tam aradan qaldırılanadək sərnişinlərə xidmət göstərəcək”.