“Niyə 40 milyonluq əhalinin öz dilində telekanalı yoxdur?” – Nadir Qazipurdan Tehrana

Güney Azərbaycanın İran parlamentindəki deputatı Nadir Qazipur hökumətdən Azərbaycan (türk) dilinin ümumtəhsil məktəblərində tədrisini tələb edib.

O, bu barədə parlamentdəki çıxışı zamanı danışıb.

Nadir Qazipur deyib:

“Niyə Mədəniyyət və İrşad Nazirliyi ölkə üzrə yayımlanan qəzetin nəşr olunmasına razılıq vermədi? Niyə ölkənin 40 milyonluq türk əhalisi üçün telekanal açılmadı?

Cənab İslami, türkdilli müavinlərini işdən uzaqlaşdırdınız. Onlar türkdilli məmurlarla əvəz olunmalıdır. Türklər ölkə əhalisinin böyük hissəsini təşkil edir. Onlara idarəçilikdə yer verilməlidir.

Nəyə görə məktəb və universitetlərdə türk dili tədris olunmur?” (teleqraf.com)

1. 128 Baxılıb