ADAU və Bolqarıstanın Plovdiv Aqrar Univversiteti birgə elmi-tədqiqat işləri aparmaq üçün razılığa gəlib

Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Bolqarıstanda işgüzar səfərdədir.

Plovdiv Aqrar Univversitetinə səfəri çərçivəsində rektor İbrahim Cəfərov bir sıra əhəmiyyətli müzakirələr aparıb, təhsil müəssisəsində elmi-tədqiqat işləri, təcrübə sahələri, biotexnologiya, bitki fiziologiyası laboratoriyaları ilə tanış olub.

Aparılan müzakirələrdə təhsil prosesi ilə yanaşı birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi barədə razılığa gəlinib.

Səfər uğurla davam edir.