Bakının ƏN BÖYÜK zavodlarından biri BAĞLANIR

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu bu ilin oktyabr ayında təmirə dayandırılacaq.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə bildirib.

“İllik planlaşdırılmış təmir işləri Neft Emalı Zavodu ilə yanaşı, “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda da həyata keçiriləcək. Neft Emalı Zavodunda istehsal 1 ay müddətində dayandırılacaq”,- D.Məmmədov qeyd edib.

Zavodda istehsal olunan və ölkədaxili tələbata yönəldilən Aİ 92 markalı benzinin təmir müddətində idxalına gəlincə isə SOCAR rəsmisi idxalın tələbatdan asılı olacağını qeyd edib.

Bundan başqa, o bildirib ki, bu ilin I rübündə ölkədə avtomobil benzininə tələbat 3% artıb.

Vitse-prezident bu il zavodda 6,1 mln.ton neft emalının planlaşdırıldığını,ötən il isə bu göstəricinin 6,140 mln. ton olduğunu əlavə edib. (report)