Gülyaz Məmmədova: “Əmlakı özüm almışam”

Bu gün Musavat.com saytında deputat Cavanşir Feyziyev sabiq deputat, “Quska” ləqəbi ilə tanınan Hüseyn Abdullayevin əmlakını satın aldığı barədə məlumat dərc edilib.

Məlumatda bildirilir ki, həmin obyekti Cavanşir Feyziyevin adamlarının iştirakı ilə 3 nəfərin adına sənədləşdirilib. Həmin 3 nəfərdən birinin müğənni Gülyaz Məmmədova olduğu bildirilir.

Müğənni sözügedən məsələdə millət vəkilinin adının hallandırılmasına etiraz edib: “Cavanşir Feyziyev bizim qohumumuzdur. Ona görə də jurnalistlər bu məsələdə bağlılıq axtarır. Hamı əmlak ala bilər, bəli, mən də əmlak almışam, amma özüm almışam və obyekt mənim adıma olub. Bu çoxdan olub-bitmiş məsələdir, kimsə qurdalayıb, ortalığa çıxardır. Ümumiyyətlə son vaxtlar sənətinə hörmət edən şəxslər barəsində başqa söhbətlər, məlumatlar dərc edirlər. İnsanlar boş qalmır. Müğənnilərdən nə istəyirlər?”.