Haftarın Türkiyəyə xəyanətinin PƏRDƏARXASI

General Khalifa Haftar speaks during a news conference at a sports club in Abyar, a small town to the east of Benghazi. May 17, 2014. The self-declared Libyan National Army led by a renegade general told civilians on Saturday to leave parts of Benghazi before it launched a fresh attack on Islamist militants, a day after dozens were killed in the worst clashes in the city for months. Families could be seen packing up and driving away from western districts of the port city where Islamist militants and LNA forces led by retired General Haftar fought for hours on Friday, killing at least 43 people. REUTERS/Esam Omran Al-Fetori (LIBYA - Tags: CIVIL UNREST MILITARY POLITICS)

Liviyada hansısa bir siyasi qüvvənin qondarma erməni soyqırımı ilə bağlı açıqlama verməsi, bu soyqırımı tanıması istiqamətində addım atması əslində təəccüblü bir şey deyil.

Bu sözləri analitik Vüqar Zifəroğlu Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın nəzarətindəki parlamentin erməni soyqırımını tanıması ilə bağlı danışarkən deyib. O, ermənilərin ərəb ölkələrində də güclü təşkilatlandığını bildirib:

“Həm Liviyada, həm də bir sıra ərəb ölkələrində, məsələn, Fələstində, Livanda kifayət qədər böyük erməni lobbisi var. Bu erməni lobbisinin oradakı həm siyasi hakimiyyətə, həm də siyasi qüvvələrə ciddi təsir imkanları mövcuddur. Təəssüf ki, ümumi islam həmrəyliyindən danışan bir çox ərəb ölkələrində də biz müəyyən qədər bu tendensiyanı müşahidə etməkdəyik. Əslində istər Xəlifə Haftarın, istərsə də başqasının Liviyada bu formada açıqlamalar verməsi, məncə, təəccüblü deyil. Çünki onların ermənilərlə çox ciddi əlaqələri var. Bir məqamı qeyd etmək istəyirəm ki, 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində ASALA erməni terror təşkilatı aktiv fəaliyyətə başladığı zaman onlara logistik dəstək daha çox ərəb ölkələrindən gəlirdi. Haftarın erməni soyqırımını tanımasında Türkiyənin Tripoliyə dəstək verməsinin də müəyyən rolu ola bilər. Türkiyənin mövqeyinin bu qərara təsirini istisna etmək olmaz”.

V.Zifəroğlu bildirib ki, bu ölkədə baş verənlər həm Liviyanın özü, həm də Liviyada marağı olan qüvvələr üçün kifayət qədər ciddi nəticələrə səbəb ola biləcək proseslərə təkan verəcək:

“Liviyada gedən proseslər hələlik inkişaf mərhələsindədir. Çünki siyasi qüvvələrin balansı fərqlidir. Liviyada qarşıdurma tərəflərinə dəstək olan dövlətlərin sayı həddindən artıq çoxdur. Qarşıdurma tərəflərinin özlərində bir-birinə qarşı kifayət qədər kəskin münasibət yaranıb. Bu mənada Liviyadakı tərəflər, üstəgəl Milli Həmrəylik Hökumətinə dəstək verən Türkiyə ilə Qətər, Liviya Milli Ordusuna dəstək verən Fransa, ABŞ, eləcə də Rusiyanın hər iki tərəfdən manevr imkanları əldə etmək üçün aktivlik nümayiş etdirməsi və s. oradakı prosesləri daha da mürəkkəbləşdirir. Bu mənada Liviyadakı siyasi münaqişə hərbi toqquşma ilə müşayiət olunur və siyasi qarşıdurmalar hələ uzun müddət davam edəcək”.

Analitik Xəlifə Haftarın terrorla mübarizə aparması ilə bağlı söylədiklərinə də münasibət bildirib:

“Ümumiyyətlə, təkcə Liviyada deyil, əksər ərəb ölkələrində terrorla mübarizə ilə bağlı maraqlı bir tendensiya var. Yaxın Şərqdə son 10 ildə gedən proseslərə diqqət yetirsək, görərik ki, bir-birinə qarşı duran tərəflər terrorla mübarizə məsələsini əllərində bayraq edirlər. Məsələn, Suriyanın özündə iqtidarda olan Əsəd tərəfdarları və ona müxalif olan qüvvələr hər biri ayrı-ayrılıqda terrorla mübarizə apardıqlarını bildirirlər. Beləliklə, münaqişə tərəfləri terrorla mübarizə məsələsindən bir-birlərinə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər”.

Politoloq deyib ki, hazırda Avropanın Milli Həmrəylik Hökumətini, ABŞ-ın isə Haftarı dəstəklədiyini və beləliklə, ABŞ-la Avropanın Liviyada qarşı-qarşıya gəldiyini demək mümkün deyil:

“Fransa Avropa ölkəsi olsa da, Haftara dəstək verir. ABŞ da Haftara həmişə öz dəstəyini ifadə edib. Çünki vaxtilə Haftar əsirlikdən azad olanda ABŞ-a mühacirət edib. İndiki məqamda rəsmi Tripoliyə daha çox dəstək verən ölkələrə Türkiyə və Qətəri misal göstərə bilərik. Ona görə də Liviyada AB və ABŞ toqquşması olduğunu deyə bilmərik. Burada daha çox Qərbin (ABŞ-la Avropanın) Rusiya və Türkiyə ilə toqquşmasının şahidi ola bilərik. Avropa ölkələrinin, əsasən də Fransa, Almaniya və İngiltərənin Liviya ilə bağlı məsələlərdə ABŞ-la ciddi fikir ayrılıqları olduğunu düşünmürəm”.

Qeyd edək ki, bundan əvvəl Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın əməkdaşlıq etdiyi və Liviyanın şərqinə nəzarət edən parlament qondarma erməni soyqırımını tanıdığını bəyan edib. (axar.az)