İğdırda ermənilərin törətdiyi qətliamla bağlı dünyaya çağırış edildi – FOTOLAR

Türkiyənin İğdır bölgəsinin Hakmehmet kəndində 1919-ci ildə ermənilərin qətlə yetirdiyi şəhidlər anılıb.

Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyası, İğdır Azərbaycan Evi Dərnəyi tərəfindən Hakmehmet kəndinə edilən ziyarətdə “şəhidlər həftəsi” ilə əlaqədar Quran oxunub. Şəhidlərin xatirəsi anılıb.

Anən toplantısına Azərbaycanın Qars baş konsulluğunun İğdır şöbəsinin rəhbəri Behbud Qadalı, konsulluğun əməkdaşları, İğdır rəsmiləri və vətəndaşlar iştirak ediblər.

Kənddə yerləşən və 1989-ci ildə aparılan qazıntı nəticəsində ortaya çıxan toplu məzarlıqdan 51 nəfərin cəsədi tapılıb, onlara abidə qoyulub. Məzarlıq abidəsini ziyarət edən vətəndaşlar burada şəhidlərin ruhuna dualar oxuyurlar.

Abidə önündə keçirilən mərasim bir dəqiqəlik sükut və Quran oxunması ilə başlayıb.

Mərasimdə çıxış edən Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federesiyasının vitse-prezidenti, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal bildirib ki, qondarma soyqırımı yalanları ilə dünyanı aldadan ermənilər, bu gün yenə beynəlxalq ictimaiyyətin gözünü boyayır, türk millətini günahlandırırlar:

“Əsl qətliamı törədən ermənilər, soyqırımına məruz qalan isə Türk milləti olub. 1919-ci illərdə erməni terrorçuları Gedikli, Hakmehmet və Oba kəndlərində qadın, uşaq, qoca, cavan demədən yüzlərlə müsəlman türkü vəhşicəsinə qətlə yetiriblar. Bu toplu məzarlar Anadolunun bir çox yerində mövcuddur. Halbuki, tək bir erməni məzarına belə rast gəlinməyib. Bu da göstərir ki, əsl soyqırımını törədən ermənilərdir

1919-ci ildə Şərqi Anadoluda qırğınlar  törədən ermənilərin nəvələri 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində eyni qətliamı etdilər. Ermənilərin etdiyi zülmü, qətliamı faşitlər belə, edə bilməyib. Dünya ölkələri –  Amerika, Fransa, Almaniya, İtaliya və digərlərini ermənilərin yalanlarına inanmamağa çağırırıq. Bu dövlətlərin rəsmiləri gəlsinlər, əsl qətliamı görsünlər. Əmin olacaqlar ki, həqiqi qatil ermənilərdir. Şəhidlərimizə Allahdan rəhmət diliyirəm”. (modern.az)