Qondarma erməni soyqırımını tanıyan dövlətlər – TAM SİYAHI

Uzun illərdir ermənilər bütün dünyada qondarma erməni soyqırımın tanıdılması istiqamətində təbliğat aparırlar. Turkustan.info xəbər verir ki, heç bir tarixi araşdırmaya əsaslanmadığı halda “soyqırım” hadisəsi  artıq dünyanın bir-sıra dövlətləri tərəfindən rəsmi şəkildə tanınıbdır.
Məlumat üçün bildirək ki, “erməni soyqırımı” ifadəsi ötən əsrin 50-ci illərində  erməni kilsəsi tərəfindən ortaya atılıb və daha sonra erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib.
Qondarma erməni soyqırımını rəsmi şəkildə tanıyan ilk dövlət Uruqvay olub. 1965-ci il aprelin 20-də Uruqvay parlamenti 24 apreli “Erməni soyqırımını anma günü” kimi tanıyıb.
Qondarma erməni soyqırımını tanıyan ölkələr bunlardı:
Uruqvay –  20 aprel 1965, 2004, 2005
Cənubi Kipr – 1982
Argentina  – 1993, 2003, 2004, 2005, 2006, 2007
Rusiya –  1995, 22 aprel 2005
Yunanıstan –  25 aprel 1996
Kanada – 1996, 2000 və ən son olaraq 21 aprel 2004
Livan – 1997, 11 may 2000
Belçika – 26 mart 1998
Vatikan – 2000
İtaliya – 17 noyabr 2000
Fransa – 18 yanvar 2001
İsveçrə –  16 dekabr 2003
Slovakiya – 30 noyabr 2004
Hollandiya – 21 dekabr 2004
Polşa – 19 aprel 2005
Almaniya – 1 iyun 2016
Venesuela – 14 iyul 2005
Litva – 15 dekabr 2005
Çili – 2007
Boliviya – 2014
Braziliya – 2015
Lüksemburq – 2015
Bolqarıstan -2015
Avstriya –  2015
Suriya – 2015
Bundan başqa  ABŞ-da “soyqırım”ı tanıyan ştatların sayı 30-dan çoxdur.  
“Erməni soyqırımı”nı tanıyan beynəlxalq təşkilatlar arasında Avropa Parlamenti də yer alır. Bu qurum “erməni soyqırımı”nı  1987-ci ildə tanıyıb.  /Yeniavaz.com/