Yeddi sualla həyatını dəyiş!

Albert Eynşteyn deyirdi: “Bir problemi həll etmək üçün bir saatım olsaydı və həyatım onun həllinə bağlı olsaydı, mən ilk 55 dəqiqəni bir sual hazırlamağa həsr edərdim”. O, haqlı idi. Problemi ən sadə  həll üsulu və məqsədə çatmağın birinci addımı sualın düzgün qoyulmasıdır.
Həyatımızın istiqamətini düzgün təyin etmək və təkan vermək üçün özümüzə verməli olduğumuz bəzi suallar vardır ki aşağıda bu haqda söhbət açacağıq.
Bəhs edəcəyimiz mövzuya qatqımız olsun deyə, həyatınıza yön verəcək bu suallarla tanışlıq zamanı, həmçinin, bu yönü daha uğurlu seçmənizdə yardım edə bilən kitablar da təqdim edəcəyik.
İstəklərimizi təyin edərək həyatımızı daha rahat və hüzurlu etmək üçün özümüzə verəcəyimiz yeddi əsas sual vardır.
1. Mən dünyaya nə verə bilərəm?
Bugünün başlıca sualı budur. Siz dünyaya nə verirsiniz və ondan nə ala bilirsiniz?
Kainata məhz nəyi verirsiniz? Siz nə yaradırsınız? Tənbəllik etməyin və bu sualın cavabını bir kağızda qeyd edin. Mühüm deyil ki, bu, əzəmətli, yaxud gözəçarpan nəsə olsun. Məsələn, ola bilsin, siz başa düşürsünüz ki, ailədaxili münasibətlərin gücləndirilməsində siz çox bacarıqlısınız. Beləcə də yazın. Siz dünyaya nə qədər töhvə verirsiniz və nə qədər alırsınız? Sadəcə qəbul edən tərəfsiniz, yoxsa, özünüzdən verməyi də bacarırsınız?
Bu sualların ən uyğun cavabını və həyatınıza praktik olaraq tətbiq edə biləcəyiniz yüzlərlə məlumatı siz Ronda Bernin “Sirr” kitabından ala bilərsiniz.
2. Mən başlıca olaraq nə istəyirəm?
 
Hər kəsin öz daxili səsi vardır ki, onlar qulağımıza arzularımız və xəyallarımız haqda pıçıldayır. Onun səsini bir qədər də ucaldın. Beyninizdə uçuşan bütün istəkləri qeyd kağızlarına yazın.  Fərq etmir,  – dahiyanə, axmaq, sirli, gülməli – hamısını yazın!
Bu səslərdən bəziləri gəldikləri kimi də çox tez qaçıb gedəcək, amma bəzi fikirlər kök salaraq qalacaq. Bu, sizin həqiqi olan istəklərinizdi.
Ətafdakıların sizin istəkləriniz haqda nə deməyinə əsla fikir verməyin. Ürəyinizdən gəlirsə, mütləq edin!
İkinci üsul isə əksinədir. Sizə lazım olmayan və istəmədiyiniz hər şeydən qurtulun.  Bir qeyd kağızında özünüzdəki  lazımı, “zəruri” olan hər şeyi yazın. Daha sonra isə özünüzə hər “Zəruri” üçün üç sual verin:
-Bu, haradan peyda oldu?
 
-Bu, mənə doğrudanmı lazımdır?
 
-Mən bunu davam etdirmək istəyirəmmi?
Sizə gərəksiz olan hər şeyin üstündən xətt çəkin. Beləcə, siz həyatınızda özünüzə zaman və yer qazanmış olacaqsınız. Tövsiyyə üçün:
Riçard Karlson “Xırda şeyləri dərd etməyin” 
kitabında yazır:
 “Həyatın qarışıqlığı, öhdəmizə götürdüyümüz məsuliyyət və qarşımıza qoyduğumuz məqsədlərin içində itib-bataraq yorulmaq halları tez-tez baş verir. İnsan bir dəfə belə mühitə düşdüsə,  özü üçün nəyin həqiqətən də əhəmiyyət daşıdığını unutmağa və onu təxirə salmağa meyilli olur. Özümə tez-tez bu sualı verməyin çox faydalı olduğunu öyrəndim: “Həqiqətən də əhəmiyyətli olan nədir?”
3. Nə qədər “yola vermək” olar?
Bizim bəzi istəklərimiz beynimizin asayişi ilə üst-üstə düşmür. Beynimizi alışıq olduğu komfort zonasından çıxaran hər hansısa davranış qüvvətli bir müvazinətə rast gəlir. Buna müqavimət gücü deyilir.
Beyin üçün bu komfortdan çıxış sanki yanğın həyəcanıdır. Bunun qarşısını almaq üçün, o, öz hesablamalarını bizə bəhanələr formasında təqdim edir. Budur, indi onun yüksək siqnal səsini eşidəcəksiniz. Bu yanğın bitdikdə sizin təhtəlşüurunuza öz küllərini səpməyə başlayır:
-Küçə çirkabdır, gəl evdə oturaq!
-İşdən çıxsan, acından öləcəksən!
-Öz işini qurma. Dostun da qurmaq istədi, işi batdı!
-“Otaqdan çıxma! Səhv etmə!” (Brodskinin yanğın külləri)
-Bu treninqə getmə, yoxsa ayın sonunacan pulsuz qalacaqsan!
Bütün bunlar müqavimət gücüdür. Bu müdafiə reaksiyası sizin həyatınıza nə dərəcədə mane olur?
Bu mübarizədə sizə ən yaxın dost Mümin Sekmanın “Fərdi ətalətlə mübarizə” kitabıdır.
 
 4. Mənə ən çox nə enerji verir?
 
“Əsas illər” kitabında Meq Cey (Meg Jay) yazır: “Hər şeydən çox nəyi sevdiyimizi anlamaq olduqca sadədir. Sevimli iş bizə hər şeydən çox enerji verən işdir”.
Bu, o deməkdir ki, sizə ən çox ruh yüksəkliyi verən şey nədirsə, onun arxasıyca getmək lazımdır.
Məsələn, şəkil çəkdiyiniz zaman ruhən yüksəldiyinizi hiss edirsinizsə, o zaman şəkil çəkin. Yox, əgər siz hiss edirsiniz ki, böyük tədbirlər təşkil etmək sizdə ruh yüksəkliyi yaradır, o zaman bu işlə məşğul olun. Əgər idman zalında stress atırsınızsa, onda vaxtınızı ona ayırın.
Müəyyən edilmiş yolla getməyə çalışmayın. Məsələn, valideynləriniz məhz bu cür istəyir deyə hüquqşünas olmaq lazım deyil. Yaxud, əgər siz hardasa “Gələcəyin ən təlabatlı ixtisasları” adlı bir məqalə oxumusunuzsa, seçiminizi bu istiqamətdə etməyə məcbur deyilsiniz. Enerjinizi izləyin və ehtirasınız sizə mütləq doğru yolu göstərəcək!
Riçard Koxun “8020 prinsipi” kitabında siz bu mövzunu genişləndirə bilərsiniz.
5. Vacib, yoxsa təcili?
 
Bəzən  biz hər şeydən elə yoruluruq ki, hətta çarpayıdan belə qalxmaq istəmirik.  Heç nəyə istəyimiz olmur. Tamamən apatiya halı. Bütün bunlar ona görə baş verir ki, biz özümüzü həddən artıq öhdəliklərlə bataqlığa sürükləyirik. Ona görə ki, biz əksər vaxt istədiyimizi deyil, vacib olanı edirik, arzularımızı isə ümumiyyətlə görməzdən gəlirik.
Biz indiki anı itiririk, çünki həyatımızın ritmi bizə dayanmağa və təklikdə arzularımız, istəklərimiz haqda düşünməyə  imkan vermir. Ən əsası isə bizim prioritetlərimiz!
 Əsl prioritetləriniz nədir? Ola bilsin, dünyanı yaxşılığa doğru dəyişən bir karyera, güclü ailə, sağlamlıq, sevimli iş…
Harmoniya sizin üçün vacib olanı həyatınızda ən başlıca yerə qoymağa və bu kursdan kənara çıxmamağa imkan verəcəkdir.
Daha böyük harmoniyaya qovuşmaq üçün tövsiyyə olunan kitab: Osho “Cəsarət. Təhlükəli yaşamağın sevinci”
6. Mən artıram, ya azalıram?
 
İnsan həmişə böyüməyə can atır.  Eninə, uzununa – necə uyğundursa, elə. Əgər inkişaf etmirsə, o, azalır! Bu qədər! Məhz buna görə, daima öz işində yüksəlməyə can atmaq lazımdır. Əgər hər gün səy göstərməsək və qarşımıza vəzifələr qoymasaq, biz də azalarıq.
Çevrəmizdəki hər şey inkişaf edir. Əgər bir ağacın kökü beton panelə dirənərsə, nə baş verər? O zaman yanlara doğru boy atar. İnsanlarda da belədir. Deqradasiya da inkişafdır! Lakin, şaxələnərək!
Nə qədər ki siz öz daxili səsinizi dinləyib onun verdiyi istiqamət üzrə hərəkət edəcəksiniz, daima harmoniya içində olacaqsınız.
Nəyi istəyib-istəmədiyinizi özünüz üçün aydınlaşdırın. Bundan sonra sizdə lazımi cəsarət yaranacaqdır və bu zaman sizə heç bir əlavə motivasiya lazım olmayacaq.  
Daim inkişaf etməyinizdə sizə ən güclü dəstək Ricard Bransonun “Dayanma, başla” kitabı.
7. Mən tez-tez kitab oxuyurammı?
 
Bu il neçə kitab oxumusunuz?  Bəs ötən il?  Bu say yetərlidir, yoxsa daha çox oxumaq lazımdır? Özünüzə ən vacib sualları verin və yeni, faydalı kitablar oxumağa başlayın.  Şübhəsizdir ki, bizi səhvlərdən çəkindirən, beynimizə və bacarığımıza yön verən ən yaxşı vasitə məhz kitabdır.
Kafelərdə, kitabxanalarda, dostlarınızın və  valideynlərinizin evindəki rəflərdə sizə maraqlı gələcək kitablar axtarın, dostlarınızdan sizə kitab tövsiyyə etmələrini xahiş edin. Beləliklə, kitabın verdiyi həzzi mütləq dadacaqsınız.
Əgər hələ də kitab oxumaq vərdişiniz yoxdursa, yaxud nisbətən zəifdirsə, bu vərdişi yaratmaq və möhkəmləndirmək üçün oxumalı olduğunuz ilk kitab yeni nəşr edilmiş Şəhla Ramazanovanın “Kitab oxuma kitabı”dır.
Həyatınıza yön verəcək sualların qoyulması və həll yollarının tapılmasında sizə yoldaşlıq edə biləcək daha geniş kitab seçimini  www.alinino.az saytından əldə edə bilərsiniz.  /bakupost.az/