Ərdoğan bəyəndiyi SERİALIN adını AÇIQLADI

Turkish President Tayyip Erdogan attends a bilateral meeting with U.S. Vice President Joe Biden in Washington March 31, 2016. REUTERS/Joshua Roberts - RTSD02Q

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə təşkil olunan tədbirdə çıxışı zamanı bəyəndiyi serialın adını açıqlayıb.

Haberler-in xəbərinə görə, o, Türkiyənin dövlət televiziyasında yayımlanan “Diriliş Ertuğrul” serialını tərifləyib.

Ölkə başçısının dediyinə görə, hansı ölkəyə getsə sözügedən serial barədə ona suallar verirlər.

“Hansı ölkəyə gedirəmsə orada mənə “Diriliş Ertuğrul”dan danışırlar”, – Ərdoğan söyləyib. (milli.az)