Axmaq hadisələrin qurbanlarına verilən “DARVİN MÜKAFATI”

Amerikada verilən “Darvin mükafatı” məşhur alim Çarlz Darvinin adı ilə bağlıdır. Bu mükafat kimlərə və niyə verilir?

Çarlz Robert Darvin (12 fevral 1809 – 19 aprel 1882) – çağdaş təkamül nəzəriyyəsinin təməlini qoymuş ingilis təbiətşünasıdır. Onun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər sırasına daxil edilib. Amma biz onun nəzəriyyəsindən və həyatı haqqında danışmayacağıq, çünki bu haqda müəyyən qədər də olsa, əksəriyyətimizin məlumatı var.

“Darvin mükafatı” 1994-cü ildən ABŞ-da virtual qaydada verilən illik mükafatdır. Nə qədər qəribə olsa da, mükafatın sahibi yaşayan adam ola bilməz. Səbəb isə çox sadədir, mükafat hər il ən axmaq üsulla ölən və ya uşağa malik olmaq qabiliyyətini itirən və nəticədə bəşəriyyətin gen fonduna öz töhfəsini daxil etmək imkanından özünü məhrum edən şəxslərin təltif edildiyi virtual mükafatdır. Birbaşa nəsil davamçısının yoxluğu mükafatın alınmasının zəruri şərtidir.

Rəsmi versiyaya görə, mükafat “bəşəriyyətin gen fondundan qüsurlu genlərin çıxarılması” üçün verilir, ancaq bəzi hallarda şəxsi ağılsızlığı üzündən baş vermiş axmaq bir bədbəxt hadisə nəticəsində reproduktiv qabiliyyətlərini itirmiş sağ insanlara da verilə bilər.

Mükafata layiq görülən ən maraqlı 12 qalibi sizə təqdim edirik:
Debbi Milz, 99 yaşında vəfat edib. Əgər o bir gün də yaşasaydı, 100 yaşı olacaqdı. Onu əlil arabasında özünün ad günü məclisinə gedərkən həmin məclisə tort gətirən yük maşını vurub.
Xelena Simz məhşur amerikan fiziki Harold Simzin həyat yoldaşıdır, öz əri tərəfindən öldürülüb. Həyat yoldaşının ona xəyanət etdiyini bilən Harold onun kosmektikasına uran əlavə edib və Xelenanın şüalanmadan tədricən ölməsini gözləyib.
Çoxları deyir ki, gülüş ömrü uzadır. Lakin gülüş Aleks Mitçelin ömrünü uzatmaq əvəzinə, onu çox qısaldıb. 1975-ci ildə Aleks “The Goodies” komediya serialının zarafatlarından o qədər gülüb ki, ürək tutmasından vəfat edib. 
Cıdır yarışı zamanı jokey Frenk Xeysin ürəyi tutub və o vəfat edib. Lakin onun atı finiş xəttinə birinci çatıb və Frenk tarixə ilk və yeganə ölü qalib kimi düşüb
Alpinist Jerar Omel Everesti 6 dəfə fəth edib. Lakin o, evdə işıq lampasını dəyişərkən nərdivandan yıxılıb və başı əl-üz-yuyana dəyib. Aldığı xəsarətdən dünyasını dəyişib.
Rumınyada dəfn mərasimi zamanı ölü birdən-birə dirilərək, tabutdan çıxıb. Hamı şokda olduğundan mərasim iştirakçıları heç bir reaksiya verə bilməyiblər. Dirilən xanım yaxındakı yola çıxıb, burada onu maşın vurub və o dünyasını dəyişib. Ölünü yenidən tabuta qoyaraq, məclisi davam etdiriblər.
Kristin Çabbak televiziya tarixində canlı yayımda intihar edən ilk müxbir olub. Depressiya yaşan müxbir efirin 8-ci dəqiqəsində bu sözləri söyləmişdi: “Channel 40-ın ənənələrinə sadiq qalaraq sizə kiminsə ölümünü ən tez çatdırıram”. Bu sözlərdən sonra o revolveri çıxararaq özünü güllələmişdi.

Zooparkların birində fil qarıntutmasından əziyyət çəkirdi. Həkimlər ona qarın yumşaldıcı dərman vermişdilər. Bunu bilməyən zoopark işçilərindən biri onun arxasından keçmişdi, bu zaman filin qarnı boşalmışdı və işçi 1.5 ton nəcisin altında boğularaq ölmüşdü.

ABŞ-ın Şimali Karolina ştatında yaşayan 47 yaşlı Ken Çarlz Barqer gecə radələrində telefon zənginə oyanıb. Lakin yuxulu olduğu üçün telefon yerinə stolun üstündəki 38 mm-lik tapançasını qulağına tutan Berqer instinktiv olaraq tətiyə basıb və yerindəcə keçinib.
ABŞ-ın Miçiqan ştatından olan ovçu ehtiraslı ov həvəskarı hesab olunurdu. Bu işdə ona həmişə xüsusi təlim görmüş iti yardımçı olurdu. Bir gün itini həmişə ova getdiyi silahla birlikdə yaddaşlara həkk etmək üçün birgə foto çəkməyə qərar verir. Lakin ehtiyatsız davranan it tüfəngi yerə salır və təsadüfən açılan atəş ovçunun həyatına son qoyur.
Kiyev sakini olan bir kişi Dnepr çayında balıq tutarkən səhlənkarlığının qurbanı olub. Balıq tutmaq üçün qeyri-ənənəvi yol seçən balıqçı elektrik naqillərinin bir ucunu cərəyan açarına birləşdirir, digər ucunu isə çaya buraxır. Nəticədə balıqların çoxu elektroşokdan tələf olur. Onları sudan çıxarmaq üçün çaya düşən ukraynalı naqilləri elektrik cərəyan açarından ayırmağı unutduğu üçün özü də ideyasının qurbanı olur.    
Kanadada yaşayan 33 yaşlı Rodjer Ramirez də ölümündən sonra “Darvin mükafatı”na layiq görülüb. Dostu ilə mərc gələrək “rus ruleti” oynayan Ramirez bunun üçün “Beretta 92” markalı tapançadan istifadə edir. “Rus ruleti” 6 güllə tutumu olan tapançaya 1 güllə yerləşdirməkdən və 2 tərəfin növbə ilə tapançanın tətiyini çəkməsindən ibarət təhlükəli oyun idi. Tətiyi ilk çəkən Ramirez başından güllə yarası alaraq həlak olur. Sonradan onun tapançaya 1 güllə yox 6 güllə qoyduğu məlum olub. (modern.az)