Ermənilər “Qarabağ bizimdir” şüarı üçün şallaqlanan Yusifə görə İrana təşəkkür etdi

Ermənistanın baş naziri Nikol Paşinyanın İran səfəri zamanı ermənilərlə görüşdə “Arsax (Qarabağ) – bu, Ermənistandır” plakatının asılmasına etiraz olaraq, “Traktorsazi” klubunun azarkeşlərinin “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirməsindən sonra təşkilatçı qismində saxlanılan Yusif Salaxşura 30 şallaq cəzası verilib. Azərbaycanda etirazla qarşılanan cəza Ermənistanda böyük sevincə səbəb olub.
Bununla bağlı “aysor” saytında İranın Qarabağa görə azərbaycanlıya cəza verməsini dəstəkləyən məqalə dərc olunub.

Müəllif Boqdan Atanesyan Cənubi Azərbaycandakı soydaşlarımızı “etniklər” adlandırır, Nizaminin, Füzulinin, Xəqaninin fars şairi olduğunu iddia edir və verilən cəzanı haqlı çıxarır. Atanesyan İranın de-fakto Dağlıq Qarabağ separatçılarını tanıdığını da iddia edir. (publika.az)