Kim Çen Inın ÖZƏL HƏDİYYƏSİ Putini heyrətləndirdi – FOTO

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə hədiyyə verib.

Rusiya KİV-nin xəbərinə görə, Kim Çen həmkarına Koreya qılıncı hədiyyə edib.

Kim Çen Inın Putinə ÖZƏL HƏDİYYƏSİ

“Bu hədiyyəni mən sizin üçün hazırlamışam. Qılınc gücün təcəssümüdür. Bu, onu göstərir ki, mənim qəlbim və xalqımızın qəlbi sizi dəstəkləyir”, – o əlavə edib.

Putin hədiyyəyə görə KXDR liderinə təşəkkür edib və əvəzində ona sikkə hədiyyə edib, çünki rus ənənələrinə görə, bıçaq hədiyyə etmək pis əlamətdir.

Qeyd edək ki, Kim Çen In bu gün Vladivostok şəhərində Vladimir Putinlə görüşüb və 3,5 saatlıq müzakirə aparıb. (publika.az)