Şb. İyl 20th, 2019

DTX-dan Zaqatalada əməliyyat

Aprelin 25-də Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin şimal-qərb regional mərkəzinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirlər zamanı rayonun Kəbəloba kəndi ətrafında yerləşən meşəlik ərazidə şübhəli bağlama aşkar edilib.

Turkustan.info xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

Həmin bağlamaya baxış zamanı onun içərisində bir ədəd “ Revolver” tipli tapança, bir ədəd ov tüfəngi 23 gilizlə birlikdə, iki ədəd əl qumbarası, bir ədəd 4,5 mm-lik tapança, 680 ədəd müxtəlif silahlara məxsus güllələr, bir ədəd gecəgörmə cihazı, bir ədəd avtomat patron darağı, bir ədəd idman tapançası 2 patron darağı ilə birlikdə və bir ədəd 9 mm-lik tapança darağı aşkar edilərək götürülmüşdür.
Faktla bağlı araşdırma aparılır.